bazar ertəsi, 25 oktyabr 2021

Komfort zona


İlkin Mirzəzadə


1160

Salam dəyərli oxucum! Ümid edirəm yaxşısan.

2021-ci ilin ilk ayı bitdi və əminəm ki, sən ilk ayda hədəflərinə çatmısan.

Bu gün səninlə komfort zona barədə danışacayıq. Bəli zaman-zaman hər birimiz komfort zonaya düşürük ya da düşməyə doğru gedirik. İnsanın uzun müddət komfort zonada olması ona heç də yaxşı gələcək vəd etmir. Çünki dünya hər gün sürətlə dəyişir, texnoloji yeniliklər, yeni kadrların bazara çıxması, iş yerində yeniliklər və s.

Əgər bir insan iş yerində komfort zonaya düşürsə onu heç də yaxşı aqibət gözləmir.

Komfort zona nədir? Komfort zona bir insanın inkişaf etmədiyi, olanlarla tam qane olduğu, yeniliklər öyrənmədiyi bir zonadır. Bu zonada insan hər şeyi bildiyini düşünür. Hətta bəzi anlarda heç kimin ondan yaxşı bilmədiyi fikirlərinə qapılır. Kitab oxumur, inkişaf üçün təlim/seminarlara getmir, şəxsi və işdə inkişafı üçün heç nə etmir. Əmək haqqısı tam qane etdiyini düşünür. İşə sadəcə gedib gəlir. Dünyada baş verən yeniliklərdən xəbəri olmur.

Bu zonaya düşən şəxslər yaxşı olar ki, bu problemi vaxtında görsünlər və tez bir zamanda oradan çıxsınlar. Çünki əmək bazarına ildə minlərlə yeni kadr daxil olur. Onlar hətta həmin insanların aldığı əmək haqqının yarısına belə razıdırlar ki, işi öyrənsinlər və ciddi inkişaf etsinlər. Bu zonada olan insanlar hətta bir müddət sonra iş yerini itirmək təhlükəsi ilə baş başa qala bilərlər. Nə qədər işin peşəkarı olsanız belə bu zonada qalmaq heç də xeyirə əlamət deyil. Bu zonanı dağıtmaq, hətta düşsəniz belə tez bir zamanda buradan çıxmalısınız. Vaxtında bu zonanı tərk etmək kimlərdənsə asılılığı azaldacaqdır. Şərti olaraq bir şəxs yüksək bilikli, iş təcrübəsi geniş, müasir bilikləri daim öyrənən, tətbiq edən biri olsa sabah şirkət ixtisara getsə belə o əmək bazarında özünə məxsus yeri vaxtında tutacaqdır. Lakin bu zonada uzun müddət qalan şəxs artıq bilikləri köhnəldiyi üçün işəgötürəndən asılı olacaqdır. Artıq zaman gələcək ki, qorxuları onun içini yeyərək “məni işdən çıxartmazlar yaqin ki” düşüncəsi ilə yaşayacaqdır.

Ümumiyyətlə, komfort zonadan çıxmaq və ya bu zonaya girməmək üçün aşağıdakı nüanslara diqqət yetirmək lazımdır:

1) Daim oxumaq. Bura kitab, məqalə, texnoloji və iş həyatında yeniliklər, xəbərlər daxildir.

2) Aylıq büdcənizin minimum 10%-ni inkişaf üçün xərcləmək.

3) Onlayn effektiv kurslardan yararlanmaq (misal: linkedin learning)

4) Ünsiyyət dairənizi genişləndirmək. İş dünyası adamları ilə daim ünsiyyətdə olmaq.

5) Təlim, seminar, vebinarlardan yararlanmaq.

6) Minimum 1 dil bilmək. (ingilis dili)

7) Zehni inkişafınızı dayandırmamaq.

8) Mən bilirəm də bunu deyil, daha yaxşı bilməliyəm demək.

9) Həftəlik, aylıq, illik inkişaf planlarını yazmaq.

10) Şəxsi brendinizi formalaşdırmaq.

Ümid edirəm ki, komfort zonada deyilsən. Əgər bu zonadasansa günü bu gündən artıq çıx!

Uğurlar.

İlkin Mirzəzadə, İnsan Resursları Peşəkarı, blogger.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik