Nağılın əsasında bayramın simvolu olan dayə dayanır.


Çin mifologiyasına görə, qədim dövrlərdə dağda yaşayan və bütün kəndi qorxu içində saxlayan Nian canavarı yaşayırmış.


O, kəndlilərin bütün ehtiyat qida tədarükünü məhv eləyir və hətta yoluna çıxarsa bir uşağı da yeyə bilərdi. Daha sonra kəndlilər başa düşdülər ki, o qırmızı rəngdən, yüksək səsdən və alovdan qorxur. O dövrdən bəri isə çinlilər yeni ildə havaya fişəng atırlar, yüksək səslə musiqiyə qulaq asırlar və bütün bayramın əsas rəngi isə qırmızı olur.


Apple korporasiyası üçün Çin bazarı ən böyüklərindən biridir. Ona görə də, ənənəvi olaraq Çin yeni ilinə (cümə günü, 12 fevral-red.) özəl bir video hazırladı. 2021-ci ildə ssenaristlər qaniçən canavarın hekayəsini yenidən işləyib hazırladılar.


Qızıl qlobusa mükafatı alan, Vida filminin rejissoru Lulu Vanq sehirli meşədə, qorxmadan yaşayan qızcığaz haqqında qısametrajlı film ərsəyə gətirdi.


Qızın ana və atası onu meşədə gözləyən təhlükələrdən qorumağa çalışsa da, qızcığaz ilə Nian arasında bir dostluq yaranır. Sonda böyüklər başa düşürlər ki, onların qorxuları əsassızdır, meşədəki “canavar” ilə də dost olmaq olar.


Mini film Phone 12 Pro Max ilə çəkilib.