“Amazon” alış-veriş portalının sahibi Ceff Bezos bu ilin üçüncü rübündə şirkətin baş direktoru vəzifəsindən istefa verəcək.


Facemark.az xəbər verir ki, bu barədə Bezosun işçilərə göndərdiyi məktubda qeyd olunub.


“Amazon”un sahibini vəzifəsində Endi Cessi əvəzləyəcək. Ceff Bezosun özü isə “Amazon” şirkətinin Direktorlar Şurasının sədri olaraq qalacaq.