Şəxsi məlumatların təhlükəsizliyi haqqında bu günlərdə daha çox danışırlar. Özümüzə aid hər hansı məlumat, ya da fotoları axtarış nəticələrində sildirə bilərik? sualı da ağıllara təbii olaraq gəlir.


Bəs, bililən adı ilə “Unutulmaq haqqı”, ya da “İnternet qeydlərində silinmək istəmək nədir? Bu mövzuda hüquqi haqlarımızın sərhədi nələrdir?


Cavablar kommunikasiya üzrə yazar Barış Karaoğlan-dan gəlir.


Karaoğlan hər fərdin unutulmaq haqqının mövcud olduğunu deyir, fəqət bəzi vəziyyətlərdə ciddi çətinliklər ilə qarşılaşdıqlarına vurğu edir və bunun üçün öncəliklə səbrli və qərarlı olmağın vacibliyindən danışır.


Yaxşı, bu işlə məşğul olaq, amma necə? Birinci növbədə özünüz ilə bağlı axtarış motorlarında yer alan xəbər, kontent, məlumat, foto kimi informasiyaların harada olduğuna dair linkləri bir yerlə yığmalı, daha sonra saytların sahiblərinə müraciət etməlisiniz. Bu məlumatların sizə aid olduğunu və onları silmək istədiyinizə dair sayt sahibinə məlumat verməlisiniz, yalnız bu halda nəticə alacaqsınız.


İlk hədəf axtarış motorları deyil, saytın özü


“Sizə, ya da ailənizə aid xoş olmayan ya da istənilməyən rəsm, məlumat, oxşar məlumatların rizanız ilə, ya da rizanız xaricində yayımlanmasını silmək istəməyiniz ən təbii haqqınızdır. Ancaq bunu unutmamalısınız, axtarış nəticələrində bu kontentləri silə bilməzsiniz, o yalnız axtarışlarda çıxmasının qarşısını ala bilər. Fəqət bunun üçün yayımlanan saytın özündən informasiyanın silinməsi lazımdır.


Sonra isə, axtarış motorlarına “Köhnə kontenti qaldırmaq” tələbini irəli sürə bilərsiniz. Bu tələbi edən zaman silinməsini istədiyiniz kontentin linkini qarşınıza çıxan səhifəyə yazmağınız və tələbi axtarış motoru yardım mərkəzinə bildirməyiniz kifayət edəcəkdir. Yəni, kontent saytdan yığışdırılıbsa, bu tələbi rahatlıqla edərək axtarış motorlarından sizə aid məlumatların silinməsi tələbini edə bilərsiniz.


Bu addımı edən zaman, “Görünür, sayt sahibi, silməyə çalışdığınız vizualı və ya veb səhifəni götürməyib” kimi bir mesaj çıxarsa, təəssüf ki, axtarış nəticələrindən məlumatlarınızı qaldırmaq tələbini edə bilməzsiniz. “Bu kontent atıq veb saytında yoxdur” mesajını gördüyünüz zaman “silmək istəyini bildir” seçimini edərək link əlavə edə və tələb edə bilərsiniz”.


Silinmək istəmək haqqınızdır!


Karaoğlan deyir ki, axtarış sistemlərindən silinmək mövzusuna daha geniş baxdığınızda unutulmaq haqqıdır. 2012-ci ildə də Avropa Komissiyasında gündəmə gələn və əsas haqlardan biri olaraq danışılan “unutulmaq haqqının”, bu gün haqqında tez-tez danışılan şəxsi məlumatların qorunması ilə ortaq zəmində müzakirə ediliyini bildirib.


Və internetdən silinmək istəyiniz, bir fərdin haqq və azadlığının içində olduqca vacib bir yerə sahib ən təbii haqq olduğunu xatırladır.