şənbə, 24 iyul 2021

MediaCat Live: 2021 Trendleri

902

Biznes dünyasına və sosial həyata təsir edəcək trendlərin müzakirə ediləcəyi MediaCat Live-in ilk görüşü 18 fevralda olacaq.

facemark.az xəbər verir ki, MediaCat-ın hazırladığı onlayn mini konfrans seriyası MediaCat Live 2021-də də davam edir.

Yeni bir mövzu çərçivəsində bir yerə gələn sektor nümayəndələri və düşüncə liderləri trendlərə işıq tutur. Mədəni, sosioloji, sənaye yeniliklərinin istiqamətini təyin edir. Biznes dünyasına və sosial həyata təsirinin davam edəcəyi trendlərin müzakiə ediləcəyi MediaCat Live-in ilk görüşü cümə axşamı, 18 fevralda 15:00-16:30 arasında olacaq.

Qeyri-müəyyənlik və narahatlıq yaşayış və istehlakda hansı növ vərdişlər yaradacaq? Böhranda olan güvən əlaqəsinə hansı faktorlar istiqamət verəcək?

Makro sosial-mədəni trendlər, Türkiyənin gündəlik həyatına necə təsir edəcək? MediaCat Live bu dəfə bu suallara cavab axtarır.

MediaCat Live-in bu ilki ilk görüşündə jurnalist Barış Soydan, İstanbul Bilgi Universitetinin beynəlxalq əlaqələr bölümündən Prof. Dr. Emre Erdoğan, Özyeğin Universiteti biznes bölümündən Doç. Dr. Ceren Hayran Şanlı, Wunderman Thompson strategiya direktoru Pelin Karagöz Hüner və MediaCat baş redaktoru Pelin Özkan yer alacaq.

18 fevral, cümə axşamı, 15:00-16:30 saatlarında reallaşacaq MediaCat Live: 2021 trendləri üçün bura klik edərək qeydiyyatdan keçə bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik