Dünyanın ən böyük sosial media platforması Reddit, E seriyası investisiya mərhələsini 250 milyon dollar investisiya alaraq başa vurub.


Facemark.az-ın məlumatına görə, mövcud investorlar Andreessen Horowitz, Sequoia Capital və Tencent Holdings də investisiya mərhələsində iştirak edib.


Reddit 250 milyon dollarlıq büdcəni biznesini 100% inkişaf etdirmək və istifadəçi kütləsini sürətli bir şəkildə artırmaq üçün istifadə edəcəyini deyib.


İstifadəçilərini Wall Street nəhənglərinə qarşı bir yerə gətirən GameStop hadisəsi ilə Reddit gündəmə düşmüş və dünyaya səs gətirmişdi.



Reddit forumu r/WallStreetBets, iflasın astanasında olan GameStop aktivlərinin bahalaşmasını təmin etmiş və bu da sosial məcraların yüksəlişini bir daha təsdiq etmişdi.


Reddit, həmçinin, ötən gün yayımladığı 5 saniyəlik Super Bowl reklamı ilə ABŞ-da gündəm olmuşdu. Reddit-dən isə bildirilib ki, onlar kontent sahəsində investisiyalarını davam etdirəcəklər. Ötən dekabrda isə qısa video platforması olan Dubsmash-ı almışdı.


Hazırda Dubsmash TikTok-un ən böyük rəqiblərindən biri mövqeyindədir. 2017-ci ildə özünü sosial bir platforma olaraq mövqeləndirmək istəyən platforma baş qərargahını Berlindən Brooklyn-ə köçürmüşdü. 2021-ci ilin əvvəlində isə Dubsmash, ABŞ-ın qısa videolar bazarında, tətbiq yükləmələrinə görə TikTok-dan sonra ikincidir.


Bundan başqa, Reddit 2020-ci ildə pandemiya zamanı istifadəçilərinə 2 qat daha çox video yayımlayıb. Bunun nəticəsində gündəlik 52 milyon aktiv istifadəçiyə çatmışdı.