Araşdırma şirkəti Sensor Tower, 2021-ci ilin yanvar ayına aid ən çox yüklənən platformaları açıqlayıb.


Facemark.az xəbər verir ki, WhatsApp-ın istifadəçi məlumatlarının məxfiliyinə dair yeni addımından sonra, onun rəqiblərinə olan tələbi yüksəlib.



Şirkətin hazırladığı siyahıya görə, Telegram 63 milyondan çox yükləmə ilə zirvəyə çatıb. İkinci sırada TikTok, üçüncü sırada Signal, dördüncü sırada isə Facebook qərarlaşıb.


WhatsApp isə enmə yaşayıb və siyahıda beşinci olub. Yanvar hesabatında Apple-ın tətbiq marketi olan App Store-un məlumatına görə, ən çox yüklənənlər siyahısı belə olub: TikTok, YouTube və Zoom. Siyahıda Google-un mağazası Play Store-da ilk sırada Telegram, Signal və TikTok qərarlaşıb.


Qısası, dünya miqyasında ən çox yüklənən platformalar


1- Telegram
2- TikTok
3- Signal
4- Facebook
5- WhatsApp
6- Instagram
7- Zoom
8- MX TakaTak
9- Snapchat
10- Messenger