Rusiyalı bloggerlər Instagram-dan 5,8 milyard rubl qazanıb, ümumi sponsor postların sayı isə 204 000-dən çox olub.


Facemark.az xəbər verir ki, bu haqda ADinBlog araşdırma şirkəti məlumat yayıb.


“2020-ci il ərzində kompaniya 79,4 min səhifəni izləyib və bu səhifələrin praktiki olaraq abunəçi sayı 15 000-dən çox olanlar olub”, - deyə ADinBlog yazır. Bu müddət ərzində influencerlərin 40%-ı ən azı bir reklam postu yerləşdiriblər.


Reklam büdcəsinin böyük əksəriyyəti (79%-i) 500 000-dən çox abunəçisi olan hesablar əldə edib. Eyni zamanda bütün reklam postlarının 20%-i belə səhifələrdə yerləşdirilib.


Auditoriyası 15 000 ilə 50 000 arasında olan çoxsaylı bloggerlər payına postların 19%-i düşüb. Onlar ümumi reklam büdcəsindən qazancı isə 1,2% təşkil edib. ADinBlog-in hesablamasına görə, 15 000-dən aşağı abunəçisi olan influencerlərin payına isə reklamın cəmi 1% düşüb.


“Instagram-da qadınlar kişilərdən mütləq ifadədə 5 dəfə çox qazanıblar. Bütün reklam büdcəsinin təxminən 800 milyon rublu (13,8%) bloggerlərə ödənilib”, - deyə hesabatda qeyd edilib.


Hesabat onu göstərib ki, reklam üçün təklif edilən büdcə çox zaman real qiymət ilə üst-üstə düşüb. Eyni zamanda, reklamverənlər bloggerlərin qiymətini onun ulduz olub-olmamasına, abunəçi sayı və layklarına görə müəyyən edir.


Qeyd etmək yerinə düşər ki, Instagram-ın ana şirkəti olan Facebook 2020-ci ildə reklamdan 84,17 milyard dollar qazanıb. Dördüncü rübdə kompaniyanın reklam yerləşdirilmənin həcmi 25%, orta reklam qiyməti isə 5% artıb. Yerləşdirmələr Facebook mobil lenti və Instagram stories-də reklamların hesabına baş verib.