çərşənbə, 24 fevral 2021

SEVGİLİLƏR GÜNÜNÜ NECƏ QEYD EDƏCƏKLƏR?

253

Yenə o məşhur gün gəlib çatıb. Bir çox insan bu günü necə qeyd edəcəklərini düşünür. Təbii ki 14 fevral sevgilisi olanlar qədər, bekar, yalnız hiss edənlər də gündəmdədir. Fəqət bütün restoranlara rezervasiyanın edildiyi, ya da çılğın tətillərin planlandığı əvvəlki dəbdəbəli Sevgililər Günü bayramının yerində yellər əsir.

Tanışlıq saytı OkCupid-in məlumatına görə, artıq sevgililərin sevimli fəaliyyəti “divanda yemək yeməkdir”. Məlumata görə, sevgililik və yalnız anlayışlarına da baxış bucağı dəyişib.

Yalnız hiss edənlər daha çoxdur

Küçəyə çıxma qadağaları, sosial yerlərin, məktəb və iş yerlərinin bağlı olmasından dolayı əksəriyyət daha az insan ilə, hətta bəzən heç kim ilə görüşmədən yaşamağa adaptasiya olur. Bu vəziyyət yalnız yaşayan və təbii olaraq yalnız hissedən insanların da artmasına səbəb olur.

Tanışlıq saytı OkCupid da bu vəziyyəti təsdiq edər, yəqin ki…Sizcə, insanların çoxu yalnızmı? Sualına cavab verənlərin 83%-i, bəli deyib. Hər kəs özünü yalnız hiss edir, ancaq qadınların sayı kişilərdən daha çoxdur. Qadınların 89-i fikirləşir ki, insanların çoxu yalnızdır, kişilərdə isə bu faiz 82-dir.

Sevimli sevgililər günü fəaliyyəti: “Divanda yemək yemək”

Okcupid-in “Sevgililər günündə sizə özəl hazırlıq edilsinmi? sualına insanların 57%-i “mənim üçün fərq etmir” deyir. Sevgililər gününü necə keçirmək istərdiniz? sualına cavab verənlərin 50%-i isə “romantik bir axşam yeməyi” cavabını verib, 50%-i isə “fim izləyərək bir şeylər yemək deyir”.

Mütləq sevgiliniz olmalıdır?

İnsanlar sevgililər günündə sevgilisi olmayanların xoşbəxt olmadığını düşünə bilərlər. Ancaq sorğu nəticələri bunu demir. OkCupid-in “Kimsə, həm yalnız, həm də xoşbəxt ola bilər” sualına insanların 89%-i bəli cavabını verib. Qadınların 93%-i, kişilərin isə 89%-i, həm yalnız, həm də xoşbəxt olacağını deyir. Görünür ki, qadınlar bekar olmaqdan məmnundurlar.

İnsanlar həyatı axınına buraxır

Araşdırmada “sevməyə necə baxırsınız?”sualına cavab verənlərin 53%-i “həyatı axınına buraxıram” deyir. 30%-i isə eşqi sevirəm və sevgili olmaq istərdim deyir”. Sevgidən qaçmağa çalışanlar isə 8%-dir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün