10 fevral məlumatına görə, səsli çat platforması olan Clubhouse-u Rusiyada 7,7 min nəfər yükləyib.


Facemark.az-ın məlumatına görə, bu haqda App Annie yazıb.


Bütün dünya üzrə platformanı yükləyənlərin sayı 5,3 milyon nəfər olub, ancaq onlardan yalnız 338 minin aktiv istifadəçi olduğu müəyyən edilib. Rusiya üzrə bu göstərici isə hələ ki məlum deyil.


Yanvarda isə platformadan deyilirdi ki, bütün dünya üzrə onların aktiv istifadəçi sayı 2 milyon olub. Clubhouse-da yükləmələr üzrə pik isə 31 yanvar 2021-ci ildə müşahidə edilib. Bu vaxt platformanın aktiv istifadəçi sayı iki həftəlik göstəriciləri 100% ötüb keçmişdi. Rusiyada, 8 fevralda isə sosial şəbəkələr seqmentində ən çox yüklənən platforma olaraq 12-ci sırada qərarlaşmışdı. Bir həftə isə proqram yükləmələrinə görə 45-ci sırada qərarlaşmışdı. Sosial şəbəkənin yeni istifadəçiləri platformaya məşhurların qoşulmasını təmin edə bilər. Məsələn, dünya ulduzları arasında, İlon Mask, Mark Zukerberq, Eşton Katçer, Peris Hilton, Cared Leto və başqaları daxildir.


Hazırda platformanı iOS istifadəçiləri yükləyə bilir. Android versiyası isə hələ ki çalışmır. Platformadan qeydiyyatdan keçmək üçün sosial şəbəkənin istifadəçisi olan şəxsin dəvəti lazım olacaq.


Bu ilin əvvəlində aktiv bir şəkildə Clubhouse haqqında danışılmağa başlayıb. Platformanın istifadəçilərindən biri olan dünyaca məşhur biznesmen İlon Mask platforma üzərində Robinhood xidmətinin qurucusu Vlad Tenev ilə səsli görüş təşkil etmişdi.


Bu görüş haqqında isə biznesmen özünün Twitter platforması üzərindən məlumat verdi. Bundan sonra isə istifadəçilər Clubhouse-da dəvət almağa tələsdilər. Çünki onlar hər iki uğurlu sahibkarı dinləmək istəyirdlər.


Bu hadisə onların səhmlərini almağa tələsən investorlara da təsir edib. Ancaq bildirək ki, Clubhouse-un səhmləri qeyri-pablikdir və onu almaq mümkün deyil. Nəticədə, investorların istəkləri boşa çıxmış oldu.