Digital musiqi istehlakı sürətli bir şəkildə populyarlığını artırmağı davam edir. Bu populyarlıq reklamverənlərə digital musiqi kontenti vasitəsilə hədəf kütlələri genişləndirmək üçün yeni fürsətlər verir. Bir çox mütəxəssis musiqi kontenti və bunun marketinq hədəflərinə təsiri ilə bağlı yanlış inanclar vasitəsilə investisiya məsələsində qərarsızdır.


“YouTube Global Music” rəhbəri 4 yanlış inanc vasitəsilə doğrulardan bəhs edir.


  • 1 yanlış inanc: “Bütün musiqi platformaları bir-birinə bərabərdir”.
  • Həqiqət: İstehlakçılar fərqli məqsədlər üçün fərqli platformalardan istifadə edir

İstifadəçilər daha çox seçimə malikdir və bir çox fərqli platformada musiqi istehlak edir. Sadəcə YouTube-da belə bunu fərqli şəkillərdə edirlər. Canlı yayımlar ilə rəqs videoları və ya istifadəçilərin cover-ləri ilə sənətçilərin rəsmi parçaları.


Sənətçi və pərəstişkarların yeni reallığa adaptasiya olduğu kimi, markaların da xüsusilə canlı konsertlər və tədbirlərin olmadığı bu dövrdə musiqisevərlərə çatmağın yeni yollarını tapmağı lazımdır.


YouTube platforma genişliyindən əlavə, reklamverənlərin hədəflərinə uyğun istehlakçılara çatmaq üçün istifadə edə biləcəyi çeşidli həllər təklif edir. Həllərdən biri müəyyən musiqi növləri və ya ruh hallarına görə markaların istifadəçilərin əlaqə qurmasına kömək olan musiqi siyahıları. YouTube bir neçə çeşid təklif edir. Dinamik kanal siyahıları ölkəyə görə yaradılır, mövsümi tədbir və səyahət kimi mövzuları əhatə edir.


YouTube Select Music siyahısı dünya miqyasında YouTube premium musiqi kontentinin ən yaxşı 5%-ni təşkil edir. Hər kəsin musiqi zövqü bənzərsiz olduğundan, YouTube kontent çeşidliliyi və reklam həlləri markalara sevdiyi musiqi dinləmək istəyən istifadəçilər tərəfindən görülmə, duyulma və tanıma fürsəti verir.


  • 2 yanlış inanc: Dgər kontent növləri ilə müqayisədə istifadəçilər musiqi kontentinə daha az diqqət edir.
  • Həqiqət: YouTube-da baxılan musiqi videolarının 85%-dən çoxu ön planda reallaşdırılır.

Yanlış inanc, bir çox insanın musiqi platformalarını izləmək əvəzəinə dinləmək üçün istifadə etdiyi və daha az fokuslandığı deyilir. Əksinə YouTube istifadəçilər üçün musiqi düşünüldüyündən çox daha vacibdir. İstifadəçilər musiqi kliplərini seyr edən zaman YouTube musiqi istehlakının 60%-ı arxa planda oynatmanın istifadə edilmədiyi mobil cihazlarda reallaşdırılır və ya TV ekranı ilə bağlantı qurur.


Özəl olaraq musiqiyə baxdıqda YouTube-da yayımlanmış canlı musiqi performanslarının televiziya ekranında izləmə vaxtları 2019-cu iyul ilə 2020-ci il iyul arasında 100% artıb. Dünya miqyasında insanlar canlı konsert təcrübəsinin yerini əvəz etmək üçün otaqlarında bir araya gəlib canlı konsertlər izləyir.


Yeni yaradılan audio reklam növü sayəsində istehlakçılar musiqiyə qulaq asdığı anlarda onlar ilə əlaqəyə keçə bilərsiniz.


Audio reklamların nə qədər effektiv olduğuna dair bir çox nümunə verək. Yaxın zamanda İspaniyanın avtomobil istehsalçısı SEAT mövcud digital audio reklam kampaniyasını genişləndirib. O bu həmlə ilə Ibiza avtomobil endirimləri ilə maraqlanacaq şəxslərə çatmaq istəyib.


DAVAMI OLACAQ!