şənbə, 24 iyul 2021

TikTok Avro-2020-nin sponsoru oldu!

612

TikTok Avro-2020-nin qlobal sponsoru olub.

Birinci dəfə əyləncə mobil platforması futbol üzrə Avropa çempionatının partnyoru olacaq.

Facemark.az xəbər verir ki, bu haqda Rusiya Avropa Futbol Assosiasiyası (UEFA) özünün rəsmi saytında bildirib.

Sosial media ilə futbol assosiasiyası arasında olan əməkdaşlıq, partnyorluğun yeni bir növü olacaq. İstifadəçilər özlərini çempionat atmosferinə və yarış ruhuna bütöv şəkildə adaptasiya edə biləcəklər.

Partnyorluq çərçivəsində TikTok-da tematik AR-effektlər, çellenc, birbaşa efir TikTok LIVE və rəsmi səslər olacaq. Həmçinin sosial platforma tarixi, modern videomateriallar ilə yanaşı, eksklüziv kontent də ərsəyə gətirəcək.

Eyni zamanda partnyorluq özündə birbaşa yayımlara sponsorluq haqqı verir. Bu TikTok-a marka kimliyini tanıtımını etmək və yeni auditoriya cəlb etmək üçün lazımdır.

Qeyd edək ki, Amerika hökuməti ilə çətin münasibətlərinə və bir çox ölkələrdə bloklanmasına baxmayaraq TikTok bütün dünya üzrə sosial şəbəkələr arasında liderliyini qoruyub saxlamağı bacarıb.

2020-ci ildə tətbiq analitik platforması App Annie-nin məlumatına görə, ən populyar platforma olmağı bacarıb.

Fevralın əvvəlində TikTok WPP reklam qrupu ilə qlobal əməkdaşlığını elan edib. Tərəflər arasında əməkdaşlıq WPP-yə TikTok-un imkanlarından əlçatanlığı artıracaq və TikTok-un şəbəkədə “brand safety”ni qoruyacaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik