cümə, 26 fevral 2021

Bitcoin 50 min dolları keçərək rekord qırdı!

210

Bitcoin yüksələn qrafikinə davam edib və 50 min dolları keçərək yeni rekordunu qırıb.

Facemark.az xəbər verir ki, kriptovalyutaların böyük yüksəlişi davam edir.

2020-ci ildə davam edən bu trend 2021-ci ildə də böyümə sürətini davam etdirib. Kriptovalyuta getdikcə daha çox investorların diqqətini cəlb etməyə başlayıb. Bitcoin, gün ərzində 4%-dən çox böyümə ilə 50 min dollar səviyyəsini keçərək yeni bir rekord qırıb.

Bitcoin, 1 ildə 5 qat artıb, 2021-ci ildə isə 67% artım nümayiş etdirib.

Bitcoin dekabrda 20 min dollar səviyyələrindən kəskin bir yüksəliş ilə yeni ilin ikinci həftəsində 40 min dollara çatıb. Daha sonra isə 30 min dollara doğru geriləmişdi. Elon Musk-ın Tesla şirkəti bitcoinə 1,5 milyard dollar investisiya edib. Mastercard və Twitter-in kriptovalyuta ilə bağlı addımlar atmasından sonra 22% yüksələrək 47 min dollar səviyyəsini görmüşdü.

Xatırladaq ki, bütün kriptovalyutaların ümumi bazar dəyərinin yanvarda ilk dəfə 1 trilyon dolları keçib.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün