Kompaniya Apple iOS 14.5 əməliyyat sisteminə 217 yeni emoji əlavə edir. Yeni emojilər 2021-ci ilin yazında işlək olacaq.


Facemark.az xəbər verir ki, onların arasında alovlanan ürək, müxtəlif dəri tiplərində olan cütlüklər, markalı qulaqlıqlar yer alırdı. Bu haqda isə profilə uyğun Emojipedia nəşri yazıb.


Apple ənənəvi olaraq payızda yeni əməliyyat sistemi ilə birlikdə emojilər hazırlayır. 2020-ci ilin noyabrında şirkət iOS 14.2 əməliyyat sisteminə yüzdən çox yeni smayliklər əlavə edib. Kompaniya Unicode smayliklərinin hazırlamasından dolayı, ənənəvi qrafik xaricində yeni bir dəst hazırlayır.