cümə axşamı, 25 fevral 2021

2020-ci ildə marketinq və PR-da çalışan nə qədər şəxs işdən çıxarıldı?: HeadHunter açıqladı

186

2020-ci ildə marketinq və PR sektorunda çalışan və çıxarılan qadınların sayı 70 000 (Rusiyada-red.) olub.

Facemark.az xəbər verir ki, İzvestiya nəşrinin yazdığına görə, satış sahəsində çalışan qadın mütəxəssislərin 300 000-i öz işlərini itiriblər (işdən çıxarılıblar).

Qeyd edilən seqmentdə işdən çıxarılan kişilərin sayı isə 166 000 olub. İnzibati işlərdə çalışan, işdən çıxan və ya çıxarılanların sayı isə müvafiq olaraq 187 000 və 62 000 olub.

Mühasiblər, rəhbər mühasibat mütəxəssisləri və maliyyəçilər arasında işdən çıxarılanların 121 000-i qadın, 14 000 isə kişi olub.

İş yerlərini itirən mütəxəssislərin yaşı isə 18-30 arası (670 000 qadın və 484 000 kişi) olub. 31-40 yaş arası işdən çıxarılan mütəxəssislərin sayı müvafiq olaraq 370 000 və 321 000 olub. 41-50 yaş arası isə 177 000 qadın və 157 000 kişi olub.

2020-ci ildə könüllü şəkildə işdən çıxan və ya çıxarılan və hələ də iş axtaran qadınların sayı 1,3 milyon olub. Araşdırmada qeyd edilib ki, kişilər arasında bu rəqəm isə 1 milyon nəfərdir.

Rusiyanın Əmək nazirliyindən isə deyiblər ki, ölkədə işsiz kişilər (51,8) qadınların sayından daha çoxdur. Ancaq kişilərin iş axtarışları daha sistemlidir.

Rosstat-ın məlumatına görə isə 2020-ci ildə Rusiyada işsizlik nisbəti 5,9% olub.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün