Dünya Bankı (WB) 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9%, gələn il isə 4,5% artacağını proqnozlaşdırır.


Facemark.az-ın məlumatına görə “Report” xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.


Sənəddə, həmçinin, 2021-ci ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionunda 2,5% iqtisadi artım olacağı qeyd olunub: "Bu artım koronavirus (COVID-19) pandemiyasının zəifləməsi, Qarabağ münaqişəsinin həlli, istehlakçı və işgüzar inamın artması, həmçinin, turizm sektorunun tədricən bərpası hesabına təmin olunacaq.


Neft qiymətləri sabitləşdikcə, iqtisadiyyat investisiya və yenidənqurma xərclərindən bəhrələndikcə Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Bundan başqa, Ermənistanla Azərbaycan arasındakı sülh bəyanatının bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcəyi gözlənilir”.