şənbə, 24 iyul 2021

YouTube reklamları ilə bağlı doğru bilinən yanlışlar - DAVAMI

657

ƏVVƏLİ BURADA

3. yanlış inanc: Özəl musiqi növləri təkcə özəl kütlələrə xitab edir.

Həqiqət: Dünyanın fərqli yerlərində hazırlanan musiqilər geniş kütlələr tərəfindən istehlak edilir və qlobal siyahılarda üst sıralarda yer alır.

2020-ci ildə baş verən hadisələr fonunda YouTube sənətçilərə mesajlarını paylaşa və dünyanın hər yerindəki insanlara xitab edə biləcəyi vacib bir platforma təklif etdi.

İyunda irqçiliyə qarşı etirazların artması isə Childish Gambino-nun 2018-ci il hiti, “This is America” ABD və Global YouTube mahnıları təkrar ən yaxşı musiqilər siyahısına daxil olmağı bacarıb. YouTube Music-in sosial təsiri ilə yanaşı, onun hesabına markalar kütlələrə mədəni ölçülərdə də xitab edir. Bütün bu proses isə istifadəçilərin sevdiyi mahnıya qulas asdığı ərəfədə baş verir.

K-pop, BTS ve BLACKPINK kimi musiqi qrupları ilə reytinqlərin zirvəsinə qalxır və rəqiblərinə meydan oxuyur.

Sonuncu dəfə BTS-in “Dynamit” mahnısı 24 saat içində dünya miqyasında 101,1 milyon dəfə baxıldı. O bununla son 24 saatda ən çox baxılan musiqi videosu reytinqinə daxil olmağı bacardı.

Latın musiqisi coğrafiya və kütlə sərhədlərini aşır. 2019-cu ildə dünya miqyasında ən çox baxılan 5 musiqi videosu Latın sənətçilərinin olub. Bu vəziyyət reytinqlərin zirvəsini tutan və qlobal cazibəsini davam etdirən Hip-Hop-a da aiddir.

Məsələn, 2020-ci ilin 2 rübündə Hip-Hop, Pop musiqisinin 30% payının üstündə idi.

Billboard ilk 100-dəki ən yaxşı 10 mahnının 48%-lik paya sahib idi. Belə kateqoriyalardan faydalanmağın ən yaxşı yolu, yuxarıda da qeyd edildiyi kimi YouTube ən yaxşı 100 siyahısından istifadə etməkdir. Bu markanızı ən popular sənətçi və kontent ilə bir araya gətirəcək. Getdikcə böyüyən qlobal kütlələrə xitab etməyinizi asanlaşdıracaq.

4. yanlış inanc: Musiqi kontenti üzərindən reklam yayımlamaq nəticə verməyəcək.

Həqiqət: Markalar musiqi kontenti ilə bir araya gələrək nəticə əldə edə bilərlər.

Musiqi kontentinə investisiya edən reklamverənlərin markalar üçün nəticə aldığını getdikcə daha çox görürük. Başqa bir nümunə göstərək. Ötən il məktəbə dönüş kampaniyaları hazırlanan zaman ABŞ-ın American Eagle şirkəti Z nəsli üçün musiqini ən vacib həyəcan adlandırdı. Şirkət sosial medianın təsiri ilə ortaya çıxan trendləri özündə ehtiva edən video yaratmaq üçün Addison Rae kimi YouTube kontent yaradıcıları ilə əməkdaşlıq etdi.

American Eagle hədəf auditoriyaya xitab etmək üçün “Ən yaxşı 100 siyahı”sından faydalandı. Bu strategiya ilə marka ilə bağlı axtarışlar 23% artdı və məhsula maraq 10 qat artım nümayiş etdirdi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik