şənbə, 24 iyul 2021

İNKLÜZİV BİR BREND OLMAQ ÜÇÜN 5 ADDIM

582

Çeşidliliyi dəstəkləyən markalar daha yaxşı məhsullar və daha güclü fikirlər ərsəyə gətirirlər. Müştərilər ilə qarşılıqlı əlaqəni və maliyyə performansını artırdığını bilirik.

McKinsey tərəfindən reallaşdırılan araşdırma cinsəl, etnik, çeşidliliyə açıq olan şirkətlərin sənaye nisbətinin üzərində maliyyə nəticələri əldə etdiyini göstərir. Oxşar bir çox araşdırma da inklüziv məşğulluğu dəstəkləyən şirkətlərin inkişafı və böyüməyi hədəfləyən yenilikçi iş zehniyyətini gücləndirdiyinə işarə edir. Digər tərəfdən fərqli etnik qruplar, Black Lives Matter etirazları haqqında danışıldığı və çağırışların edildiyi günlərdə belə lazımı səviyyədə təmsil edilmədi. Şirkətin kimliyini gücləndirmək üçün qlobal markaların bəzi tövsiyələri var.

1. Reklamı edilməyən uğuru kimsə fərq etməz

İşçilər özlərinin uğurları haqqında açıqca danışmalı və özlərini ifadə etmək üçün cəsarətləndirməliyik. Reklamı aparılmayan uğuru heç kim fərq etməz. Ancaq bir çox lider bu cümlənin vacib bir reallığa işarə etdiyini düşünür. Bu ifadə #IamRemarkable və bir çox böyük təşkilatlarda iş prinsipinə çevrilib.

Amazon Prime Video-nun İspaniyadakı müdiri Koro Castellano deyir ki, “Haqqımızda danışmasaq, uğurlarımızın çox zaman fərqinə varmazlar”. Əlavə edir ki, “Lider olaraq nümunə olmalıyıq. İş yerindəki uğurlarımız haqqında açıqca danışsaq, komandamız da eynisini etmək istəyəcək.

Çoxu zaman isə mədəni, cinsəl təvazökarlıq normaları, çox rast gəlinən şəxsiyyət oğrusu sindromu ilə birləşəndə şəxslərin uğurları qəbul etməsi və ifadə etməsi çətinləşir.

Bu vəziyyət dünyanın hər yerində fərdlər və şirkətlərə mane olur. Ona görə də idarəçilər komanda üzvlərini uğurları haqqında açıqca danışmaları üçün cəsarətləndirməlidir. Bu, onların məsuliyyətlərindən biridir.

Accenture Hindistan üzrə rəhbəri və top menecer Rekha Menon, “Şirkətdəki tərəddülü fərdləri maraq dairəsinə gətirməyi, bacarıqlarına güvənmələri və onlar haqqında danışmaları üçün bir problem olmadığını bilmələrini izah edir”.

İdarəçilərə özəl hiylələr:

Komanda üzvlərini güvəndikləri bir iş dostu ilə uğurları haqqında müzakirə aparmaq üçün cəsarətləndirin. Bu, şirkətinizdəki fərqli etnik qrupa malik fərdlər üçün xüsusilə vacibdir. Bu bəsit hərəkət, fərdlərin özlərinə olan özgüvənini artırıb, şəxslərin özlərini realizə etmək üçün daha rahat olmasını təmin edəcək.

2. Reallığa əsaslanan uğurlar tərif deyil

Amazon-dan Castellano “Reallığa əsalanan uğurların tərif olmadığını” eşitdikdə “bax budur” deyib. #IamRemarkable hərəkətindən əldə edilən bu ifadə fərdlər və cəmiyyət səviyyəsində zehniyyət dəyişikliyinə səbəb ola bilər.

Castellano sözlərinə belə davam edib. “Layihələrimizi təqdim edən zaman reallığa güvənməyimizə vərdiş etmişik. Ancaq çox qəribədir ki, özümüzdən və uğurlarımızdan danışan zaman bunu etmirik. Bunu unutmaya meyilliyik. Bu saxta təvəzökarlıq qaydalarına tabe oluruq”.

İdarəçilər komandalarını uğurları haqqında reallığa əsaslanaraq danışmaları üçün cəsarətləndirməli və bunu tez-tez təkrar etməliyik.

Castellano, “özünüifadə tək səfərlik bir davranış əvəzinə, vərdiş olmalıdır”, - deyir.

DAVAMI NÖVBƏTİ MƏQALƏDƏ

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik