cümə, 26 fevral 2021

Məşhur psixoloq Doğan Cüceloğlunun həyatı və sözləri - VİDEO

250

Məşhur psixoloq Doğan Cüceloğlu İçelin Silifke qəsəbəsində dünyaya gəlib və ilk və orta məktəb təhsilini burada alıb. Silifkedə o illərdə lisey olmadığı üçün lisey təhsilini Ankara və Kırklareli-dəki qardaşlarının yanında bitirib.

Daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin psixologiya bölməsindən lisenziya diplomu ilə məzun olub. University of Illinois, ChampaignUrbana-da dil psixologiyası sahəsində doktor elmi dərəcəsini alıb.

Türkiye'de İstanbul Üniversitesi, Hacettepe Üniversitesi və Boğaziçi Üniversitetində müəllim komandasında çalışıb və bir il Fulbright araşdırma təqaüdlə University of California, Berkeley-də olub.

Doğan Cüceloğlunun sahəsi təcrübə sahəsinin aşkarlanması, dil psixologiyası, öyrənmədir. Türkçə və ingilis dilində olan yayımların bir çoxu kommunikasiya sahəsində edib. Bu yayımlar eyni cəmiyyətdə böyüyən insanlar arasındakı əlaqələr qədər, fərqli cəmiyyət və mədəniyyətlərdə böyüyən şəxslərin kommunikasiya əlaqələrini də əhatə edir. Doğan Cüceloğlu, California State University, Fullerton (ABŞ-da) çalışmasına baxmayaraq kitablarını türkçə yayımlamağa davam edib. “İnsan və davranış” (1991), “Yenidən insan insana” (1991), “İçimizdəki çoçuk” (1992) adlı kitabları Remzi Kitabevi tərəfindən yayımlanıb.

Yazar Cumhuriyet Bilim Teknik və başqa türkçə dərgilərində də fərqli mövzularda məqalələr yayımlayıb.

Qeyd edək ki, psixoloq fevralın 16-da dünyasını dəyişib.

Sitatlarını məqalənin sonuna əlavə edirik.

“Məqsədiniz mükəmməl yox, yaxşı insan yetişdirmək olsun”.

“Başqası ilə söhbət etmək üçün şəxsin öncəlliklə özü ilə söhbət etməyi lazımdır”.

“Özünüzü inkişaf etdirməsəniz uşağınızı da inkişaf etdirə bilməzsiniz”.

“Hər uşağın görmək istədiyi işlərlə bağlı xəyalları var, o xəyallara görə onları danlamayın. Onlara kömək edin xəyalları reallaşsın”.

“Bir ailənin uşağına, bir cəmiyyətin vətəndaşına edə biləcəyi ən böyük pislik onun insan potensialını həba etməkdir”.

“Bir insanı qiymətləndirmək üçün nəyi olmadığına yox, sahib olduqları ilə nələr etdiyinə baxın”.

“El qızını alırlar, analarını unudurlar”.

“Özlərini dəyişmədən cəmiyyəti dəyişmək istəyənlər nəsihət edərlər, amma təsirli ola bilməzlər”.

“Oğurluğun ən pisi güvən oğurluğudur”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün