Apple növbəti AirPods Max-ı şüşədən hazırlamaq üçün imkanları araşdırır. Şüşə mükəmməl görünəcək və alüminiumdan daha yaxşı akustik xüsusiyyətlərə malik olacaq.


Facemark.az xəbər verir ki, bu haqda Appleinsider nəşri yazıb.


ABŞ-ın Patent və ticarət nişanı bürosunun (USPTO) məlumatına görə, Apple şüşədən olan qulaqlıq layihəsini patentləşdirmək niyyətindədir.


Yeni layihə ilə bağlı deyilib ki, qulaqlıqlar artıq 100 ildən çoxdur ki, istifadə edilsə də strukturlarında bir dəyişiklik olmayıb.


Kompaniya cihazın görünüşü və xüsusiyyətlərini dəyişdirmək ilə yanaşı, ona toxunma sensorları da əlavə etmək niyyətindədir. Onların köməyi ilə istifadəçilər tənzimləmələri və multimedia səsləndirilməsini idarə edə biləcəklər.


Appleinsider isə yazır ki, şüşə qulaqlıqdakı akustik xüsusiyyətləri yaxşılaşdırır, müəyyən səsləri bloklayır və bəzi tezliklərin ötürülməsini asanlaşdırır.


Apple mühəndisləri isə deyirlər ki, şüşə metal və plastik ilə müqayisədə cızıqlara daha dayanıqlıdır.


Şüşədən qulaqlıqların hazırlanması təcrübəsindən Sennheiser şirkəti özünün HD 820 modelində istifadə edib. Şirkətə görə, şüşə material səsin daha çox real olmasını asanlaşdırır.


Tamölçülü qulaqlıqlar AirPods Max 2020-ci ilin dekabrıda Apple tərəfindən təqdim edilib. Hazırda qulaqlıqlar paslanmayan poladdan və qulaqlıqların yuvaları isə anodlaşdırılmış alüminiumdan hazırlanır.


Qurğunun hazırki qiyməti isə 1449 manatdır.