şənbə, 24 iyul 2021

İlk görüşdə unutmaq istədiyiniz utancverici anlar - 5 tarix

527

Reddit platformasında ilk görüş ilə bağlı maraqlı bir müzakirə aparılıb. Şərhləri oxuduqca belə nəticəyə gəlmək olar ki, ikinci bir görüşə getməyə dəyməz! İnsanların ilk görüş ilə bağlı təəssüratları çox kədərlidir, onların bəzilərini bir araya yığdıq.

- İlk görüşümdə mənə 6 nəfəri öldürdüyünü və quldur dəstəsinin üzvü olduğunu deyən oğlan ilə getdim. Daha sonra biz avtomobildə qarşıdakı zolağa daxil olduq. O, mənə deyirdi ki, avtomobildə 3 dənə silah var. Oğlan eyni zamanda xəstə olduğunu, ancaq dərman atmaqdan imtina etdiyini deyirdi. Bütün bunların hamısı 45 dəqiqə davam edən avtomobil səyahətində baş verdi - cityboy1997

- Bizə gəldi, ona nahar hazırladım. Ancaq heç bir şey yemədi və dedi ki, daha tez gedəcək. Çünki axşam restoranda görüşü var - FlinkeMeisje

- İlk görüşdə oğlan mənə dedi ki, onun 16 sevgilisi var. Mən isə şanslı 17 ola bilərəm. Həmçinin mənə 10 üzərindən 6 bal verdi. O, ilk görüşdə bura gələnə qədər nələr etdiyini də utanmadan danışdı - totallynotalien

- Xoş və mülayim bir oğlan ilə görüşdük. Nahar etdik, o mənə şərab süzdü. 45 dəqiqədən sonra ikinci şərab qədəhi haqqında düşündüm. O isə qədəhi əlimdən aldı və dedi ki, qadınlara azca şərab kifayətdir. Sonra əlavə etdi ki, sənə bundan sonra edəcəklərim üçün ayıq olmalısan. Dəhşətə gəlmişdim - floradane

- Bir qızla onlaynda tanış olduq, hər şey əla idi. Sonra isə qərara gəldik ki, ilk görüş olmalıdır. Görüşə 5 dəqiqə öncə gəldim, daha sonra məntiqli olaraq orada gözləməyə qərar verdim. Müəyyən edilən görüş vaxtından 15 dəqiqə sonra ona harada olduğunu soruşdum. 45 dəqiqə daha gözlədim və daha sonra getdim. Xeyli vaxt keçəndən sonra isə mənə yazdı ki, o görüşə gələ bilməz, çünki İndoneziyada yaşayır. Nyu-Cersi-də görüşməyə qərar verdik - PurpleInkBandit

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik