cümə, 26 fevral 2021

Clubhouse Azərbaycanda - ölkəmizdə ilk sponsorlu və uduşlu Clubhouse otağı

244

Son həftələr ərzində Clubhouse tətbiqi sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusu oldu. İstifadəçilər İlon Mask və Mark Zukerberq kimi məşhur şəxslər ilə danışmaq üçün qapalı dəvət sistemi ilə işləyən bu sosial şəbəkəyə qoşulmaq fürsətini axtarırdılar.

Facemark.az-a verilən məlumata görə, Azərbaycanda da Clubhouse yalnız bir neçə həftə ərzində yerli AppStore-un ən çox yüklənən tətbiq oldu.

Ötən gün isə ölkəmizdə ilk dəfə olaraq sponsorlu və uduşlu Clubhouse otağı təşkil olundu. Bu otağda Code Academy-nin təsisçisi və baş direktoru Ülvi Aslanov, 189 Delivery-nin direktoru Samir Kərimov, Endorphin reklam agentliyinin qurucusu Orxan Kərimov və Buglance platformasının yaradıcısı Toğrul Səməd şirkətlərinin qurulma hekayəsini danışdılar və ən əsası bizneslərinin hazırkı vəziyyətlərini müzakirə etdilər.

Söhbətin maraqlı məqamı isə yayımı dinləyən hər kəsin 189 Delivery-dən 10 AZN dəyərində promokod qazanmağı idi. Nəticədə yayıma 270-dən çox dinləyici qoşuldu və onlardan hər biri promokod qazandı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün