ABŞ-ın avtomobil istehsalçısı Ford, 2030-cu ilə qədər məhsul kateqoriyasında sadəcə elektrik mühərrikli modellərə üstünlük verəcəyini deyib.


Facemark.az xəbər verir ki, aşağı karbonlu bir iqtisadiyyata keçiddə nəqliyyat sektorunun çevrilişi açar rola sahibdir.


Xüsusilə Avropa bazarındakı qatı emissiya qaydaları avtomobil istehsalçılarını elektrikə yönləndirir. Bu çərçivədə Ford 2030-cu il etibarı ilə Avropadakı məhsul kateqoriyasının tamamilə elektrik nəqliyyat vasitələrindən olacağını deyib.



Bəzi ölkələrdə fossil yanacaqla nəqliyyat vasitələrinin satışının qadağan edilməsi də Ford-un bu qərarı almasında vacib rol oynayıb.


Ford-dan gələn açıqlamada, 2026-cı ildə Avropadakı bütün modellərin elektrik mühərrikli və hibrit alternativlərinin təqdim ediləcəyi, 2030-cu ildə isə ticari nəqliyyat vasitələrinin 2/3-nin elektrik mühərrikli olacağı qeyd edilib.


ABŞ-ın istehsalçısının bu çərçivədə qarşıdakı 30 ay içində 1 milyard dollarlıq investisiya əldə edəcəyi deyilir.


Adıçəkilən investisiyanın şirkətin Almaniyadakı fabrikində istehsal xətlərini yeniləməyi də əhatə etdiyi deyilir.


Ford-un Avropa üzrə rəhbəri Stuart Rowley məsələ ilə bağlı açıqlamasında şirkəti uğurlu bir şəkildə yenidən təşkil edildiklərini və 2020-ci ilin dördüncü rübündə mənfəətə keçdiklərini deyib.


“İndi, təsirli yeni nəqliyyat vasitələri və birinci sinif müştəri təcrübəsi ilə Avropada tamamilə elektrik mühərrikli bir gələcəyə doğru irəliləyirik” ifadəsindən istifadə edib.