cümə, 14 may 2021

Acun Ilıcalının Exxen platformasını 7 gün ödənişsiz necə istifadə etməli?

716

Acun Ilıcalının yeni platforması olan Exxen-ı istifadə etmək istəyənlər 1 Yanvar tarixindən etibarən Exxen-ə üzv olublar. Bəzi istifadəçilər isə Exxen-i 7 gün istifadə etdikdən sonra, üzvlüklərini silmək istəyirlər.

Bəs, Exxen-i 7 gün pulsuz bir şəkildə necə istifadə etmək olar? Exxen-dən üzvlükdən necə çıxmaq olar?

2021-ci ilin ilk günü, yəni 1 yanvardan etibarən, yayım həyatına başlayan Exxen üçün sıx bir şəkildə üzvlük girişi edilir. Fərqli kontent ilə “Yerli Netflix” olaraq da ifadə edilən Exxen haqqında detallar maraq doğurur.

Exxen platformasında üzvlüyünüzü 7 gündən sonra silmək istəyirsinizsə, bir neçə addımı izah edəcəyik.

Exxen-ə sadəcə 7 gün necə üzv olmaq olar?

Türkiyənin digital platforması olan Exxen-i istifadə etmək üçün Apple Store-də Exxen yazıb, daha sonra tətbiqi cihaza yükləmək lazımdır. Google Play Store-də isə hələki yoxdur.

Exxen platforması kompüterdən izləyərkən TV-yə qoşulmaq üçün HDMI kabeli ilə bağlantı lazım olacaq. Exxen-ə üzv olmaq üçün kompüterinizdən www.exxen.com.tr ünvanını ziyarət edərək yeni hesab yarada bilərsiniz.

Açılan səhifədə “Ad Soyad, e-poçt” məlumatlarını yazıb, pulsuz versiyasından faydalana bilərsiniz.

Ödənişsiz test versiyası, Exxen-də yeni abunəçilər üçün keçərlidir.

Exxen-dən qeydiyyatdan keçdik, bəs üzvlüyü necə ləğv etmək olar?

1. İlk olaraq www.exxen.com/tr ünvanını açın və hesabınıza giriş edin.

2. Sağ üst tərəfdə ad və profil fotonuzun olduğu yerə klik edərək və Profilim bölməsinə keçid edə bilərsiniz.

3. Şəxsi məlumatlarınızın olduğu bu ekranın sağ alt qismindəki “Profilimi sil” bölməsinə klik edirik.

4. Hesab silmə tələbinizi təsdiqləmək üçün şifrənizə daxil olduqdan sonra “Profilinizi sildiyinizdə profilə aid bütün siyahı və baxış keçmişi də silinəcək”. Davam etmək və profili silmək istədiyinizə əminmisiniz? xəbərdarlığı qarşınıza çıxacaq.

5. Bəli seçiminə klik etdikdən sonra Exxen-ə abunəliyin silmə əməliyyatı davam edəcək.

“Your profile has deleted” (profiliniz silinmişdir) bildirişi hesab silmə əməliyyatının uğurla tamamlandığına işarə edir.

Giriş etmək istədiyiniz təqdirdə, hesabınıza daxil ola bilməyəcəksiniz.

Hesabınızı silməyə çalışdığınızda uğursuz oldunuz, ya da silindiyindən tam əmin deyilsiniz, ikinci bir yol olaraq bu link üzərindən Exxen canlı dəstək xidmətinə qoşularaq hesab silmə məsələsində tələb edə bilərsiniz.

Exxen-in aylıq, illik qiyməti nə qədərdir?

Exxen-də reklamlı yayımlanan kontent üçün aylıq 9.90 TL ödənişi etməlisiniz. Reklamsız abunəlik üçün isə aylıq 19.90 TL ödənişi var. İllik olaraq reklamlı kontent üçün 99.90 TL, illik reklamsız abunəlik üçün isə 199.90 TL pulunuzdan keçməlisiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün