bazar günü, 20 iyun 2021

Araşdırma: Kişilər 23 fevralda nə hədiyyə almaq istəyirlər?

479

“Odnoklassniki” və “ResearchMe” kişilərin 23 fevralda gözlədikləri hədiyyələr ilə bağlı araşdırma aparıb.

Facemark.az xəbər verir ki, Sostav.ru sorğunun nəticələri ilə tanış olub. Respondentlərin yalnız 54%-i “Vətən Müdafiəçiləri Günü”nü qeyd edəcəklər.

Kişilərin 40%-i deyib ki, bu günü rəsmi tətil kimi keçirmək və qadınlardan daha çox qayğı görmək istəyirlər. 28%-i isə hesab edir ki, bu gün kişilər əksinə yaxınlarına qayğı göstərsinlər.

Bu gün qadınların çoxu hədiyyə kimi nahar və axşam yeməyi (38%) və 33%-i isə şəxsi qulluq vasitələri almağa üstünlük verir. 12%-i geyim, ayaqqabı, 13%-i isə pul bağışlayacaq.

Ancaq kişilər tamamilə fərqli hədiyyələr gözləyirlər. Ən popular cavab pul olub - 25%, digəri nahar və axşam yeməyi 17%, alətlər - 15%, smartfon və ya planşet - 12%, balıqtutama üçün alətlər - 11%. Sadəcə 5%-i alt geyimlər, şəxsi qulluq vasitələri və corablar xəyal edir.

Price.ru aqreqatoru isə texnika və elektronikanın satışı ilə bağlı olaraq Rusiyalılar arasında sorğu aparıb və onların üstünlük verdikləri məhsulları bir araya gətirib.

Kişilər arasında ən popular brend Xbox olub, bu kateqoriyadan olan məhsullara tələb il ərzində 5% artıb. Eyni səbəblə, kişilərin üstünlük verdiyi alətlərin arasında oyun konsulları Playstation da daxil olub.

Kişilərin sevdikləri bir digər brend isə Xiaomi olub, bu istehsalçının hazırladığı qadjetlərə tələb isə il ərzində 38% artıb. LG isə üçüncü yerdə qərarlaşıb, 17%.

Başqa bir texnika istehsalçısı olan Samsung isə televizor, mobil telefonlarına olan yüksək tələbə görə beşliyə daxil ola bildi. Hər iki kateqoriya üzrə artım isə 17% olub.

Kişilərin sevimli məhsulları arasında HP noutbuk, Asus və Apple, həmçinin akustik systemlər və JBL qulaqlıqlar da daxil olub.

Ozon marketpleysin məlumatına görə, bayram ərəfəsində kompüter oyunlar və konsullara tələb 10 dəfə artım nümayiş etdirib. Ən maraqlısı da budur ki, kişilərin özləri də bu gündə bir-birilərinə hədiyyə alırlar.

TOP satışlar arasında saat, köynək, alt geyimləri keçən ilə görə iki qat artım göstərib. Fitnes klublarına olan maraq 10-15% artıb. İdman mallarının və aksessuarlarının satışı isə 82% artıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün