Android 12-nin ilk beta-versiyasının çıxmasından, Android üçün qeyri-rəsmi Clubhouse platformasının yayılmasına qədər hər şey…


- Google Android 12-nin ilk beta versiyasını hazırladı, budur yenilikləri…



Fevralın 18-də Google Andorid 12-nin ilk beta versiyasını hazırlayıb. Bunun sayəsində öncədən şirkətlər məhsullarını yeni əməliyyat sisteminə uyğunlaşdıra biləcəklər. Sistem ilə tanış olanlar onun haqqında ilk müşahidələrini də paylaşıblar.


- Perseverance Roveri Marsa uğurla eniş etdi və oradan ilk fotosunu paylaşdı!



Fevralın 19-da NASA Perseverance Mars üzərinə uğurlu eniş edib. O, tamamilə avtomatik rejimdə 19 min km/s sürətlə Qırmızı Planetdəki Ezero kraterinin üzərinə eniş edib. Qurğu 23 kamera ilə təchiz edilib, onlardan bir çoxu uğurla işləyir və hətta kosmik agentlik Qırmızı Planetin üzərindən ilk görüntülərini də paylaşıb.


- İnsayderlər iPhone 13-ün əsas xüsusiyyətlərini açıqladılar



Məşhur insayder Max Weinbach və YouTube kanalında EverythingApplePro səhifəsinin müəllifləri iPhone 13-ün (iPhone 12s) əsas təkmilləşdirilmiş xüsusiyyətləri haqqında bəhs ediblər.


Öz mənbələrinə istinad edərək, onlar şayiələri təsdiqlədilər və yeni məlumatları paylaşdılar.


- Yüklənən əlavələrin paylaşma funksiyası Androiddə meydana gəlib



2020-ci ilin sonunda Google elan etmişdi ki, Andorid üçün yüklənən əlavələrin smartfonlar arasında paylaşma funksiyası meydana gəlib. Yeniliyin yanvarda meydana gəlməsi gözlənilirdi, ancaq təxirə salındı. Ancaq indi cihazlarda görünməyə başladı. Funksiya Google Play vasitəsilə və pulsuz proqramlar və oyunlar ilə işləyir.


- Android üçün Clubhouse-nin qeyri-rəsmi versiyası yarandı



Rusiyalı istehsalçılar GitHub-də Clubhouse-un Android versiyasını yayımladılar və o çox səs-küy yaratdı. Sosial şəbəkəni yükləmək isə istənilən Android smartfonu ilə mümkündür. Ola bilər ki, yaxın zamanda onu bloklasınlar, ancaq biz yazını yazan ərəfədə o işləyirdi.