cümə axşamı, 15 aprel 2021

6 saniyəlik video reklamların effektivliyi artır – ARAŞDIRMA

400

MAGNA Global, IPG Media Lab, Snap Inc. ilə birgə araşdırma aparıblar, araşdırmaya görə, video reklamların qısa formatı daha effektivdir.

Facemark.az xəbər verir ki, onlar müxtəlif uzunluqdakı videolara baxdıqdan sonra insanların reaksiyalarını öyrəniblər, reklam geri çağrıldımı?, marka seçimi oldumu?, satın alma niyyəti nə yerdədir? və s. Araşdırmada 7 700-dən çox insan iştirak edib.

Daha öncə qısa formatdakı videolar marka kimliyinin tanıtımı üçün olduqca işə yarayırdı, ancaq potensial müştəriləri hərəkətə keçirmək məsələsində həvəsləndirmirdi. Hazırda isə izləyicilərin qısa videolar ilə qarşılıqlı əlaqə qurma ehtimalı artıb. Bu da Stories və TikTok platformasının populyarlığının artması ilə bağlıdır.

Tədqiqatın açar nüansları:

  • Potensial müştərilərin marka axtarışı niyyəti 15 saniyə davam edən videolara baxdıqdan sonra 5%, 6 saniyə davam edən videoya baxdıqdan sonra isə 6% artıb.
  • Markaların 15 saniyə davam edən videolara tələbatı 9% artıb, 6 saniyə davam edən videolar üçün isə 10% artıb.
  • 15 saniyə davam edən videolara baxdıqdan sonra alış qərarı 5%, 6 saniyəlik videolarda isə 4% artıb.
  • 6 saniyəlik və 15 saniyəlik videolar eyni dərəcədə xatırlanır. Lakin ikincisi bəziləri üçün həddindən artıq müdaxiləçi görünür.
  • 6 saniyə davam edən video reklamları isə bütün yaş kateqoriyasına aid olan postensial müştərilərə xitab edir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün