YouTube yeniyetmələr üçün idarə edilən bir hesab sistemi inkişaf etdirir.

Facemark.az xəbər verir ki, Google-un (YouTube) rəsmi bloqunda verilən məlumata görə, yeni funksiya valideynlərə mübahisəli kontentə girişi məhdudlaşdırmağa, baxılan tarixçələri və uşağın hesabındakı funksiyaları idarə etməyə kömək olacaq.

Valideynlər üç növ məzmun parametrlərinə giriş əldə edəcəklər 9 yaşına qədər olan videolar üçün kontent, 13 yaşına qədər olan yeniyətmələr üçün videolar, həmçinin, 18 yaşdan yuxarı olanlar üçün videolar daxildir.

Əlavə olaraq xidmət, Google-dan "Family Link" tətbiqi ilə parametrlər təyin etmək imkanı təmin edəcək. Onun vasitəsilə baxış vaxtı üçün bir limit təyin edə bilərsiniz.

Layihə valideynlər, informasiya təhlükəsizliyi və rəqəmsal savadlılıq sahəsinin ekspertləri ilə birgə hazırlanıb. Yeni rejimin beta test versiyası yaxın zamanlarda işə başlayacaq.

Videohostinq valideyn nəzarəti ilə bağlı olaraq davamlı şəkildə yeni funksiyalar əlavə etməyi planlaşdırır. Məsələn, onun vasitəsilə hər hansı bir video çarxı belə bloklamaq olar.

Xatırladaq ki, 2019-cu ildə Google uşaqların təhlükəsizliyini pozduqlarına görə 200 milyon dollar cərimə edilmişdi. YouTube rəhbərliyi tarqet reklamı üçün uşaqların şəxsi məlumatlarını əldə etmişdi.

Tarqet reklamı 13 yaşdan kiçik uşaqlara göstərilmişdi, halbuki bu qanunla qadağa idi.