Bu ay startapçılar ölkələr səhifəmizin qonağı İrlandiyadır. İralandiya sürətlə böyüyən orqanik bir startap ekosisteminə sahibdir. İrish Venture Capital Association (IVCA) Venture Pulse anketinə görə, İrlandiyalı KOBİ-lərə risk sərmayəsi 2019-cu ildə 136,4 milyon avro olub, 2020-ci ilin üçüncü rübündə isə 41 ədəd artaraq 192,8 milyon avroya yüksəlib.

2020-ci ildə İrlandiyada fərqli sahələrdə məhsul hazırlayan və qabaqcıl startaplar haqqında araşdırma hazırladıq.

AplsProject

AplsProject, arıçılıq izləmə texnologiyası ilə innovasiyanı bir araya gətirən və həll yolu təqdim edən startapdır. O machine learning texnologiyası ilə dünyadakı bütün arı qovanlardan məlumat toplayaraq performans və məhduldarlığı ölçür. Şirkət start-ups proqramında iştirak edərək, arıçılıq sahəsində məhsuldarlığı daha da artırmağı planlaşdırır.

Foodmarble

Dublində yerləşən Foobmarble ağıllı telefon əlavəsi ilə sizin üçün uyğun olan yeməklərin hansı olduğunu müəyyən edir. Xüsusilə allergiyaya səbəb olan qidaları analiz edir. Şirkət Enterprise Ireland və HBAN investisiya təşkilatından isə 1,2 milyon avro investisiya aldı.


Davamı yeni məqaləmizdə olacaq...