Ramil bəy, ilk öncə Sizi tanıyaq və daha sonra bu layihə haqqında qısa məlumatı Sizdən alaq


Ramil Mahmudov Embawood şirkətinin Marketinq Xidmətinin əməkdaşı və layihənin meneceri


Embawood haqqında danışmışkən, nə kimi yeniliklər, planlar var irəlidə?


Bildiyiniz kimi Embawood şirkəti hal-hazırda İntellektual aile oyunu təşkil edib və yarışmanın seçim mərhələləri artıq başa çatıb. yarışda iştirak edəcək 4 ailə bəllidir. Bundan sonrakı mərhələ olaraq bu ailələri cəmiyyətə tanıtmaqdır. İntellektual ailə oyunu bizim üçün irəlidə olacaq böyük layihələrimizə bir başlanğıc və sınaq mərhələsi oldu və ailə oyunlarına daha inadlı baxmağımıza təkan verdi. Bildiyiniz kimi İntellektual ailə oyunu böyük səs gətirdi bəzi intellektual yarışlar keçirən təşkilatlardan təkliflər aldıq bu oyunu biz Brend səviyyəsində formalaşdıraraq yeni mərhələyə keçmək niyyətindəyik. Önümüzdəki aylarda İntellektual Ailə oyunları çərçivəsində daha böyük layihələr reallaşdırmağı düşünürük.


Star City və İntellektual Ailə oyunu - sinerjini necə yaratmağı düşünürsünüz?


Son dövrlərdə şəhərləşmə prosesi aktivləşmişdir. Və insanlar daha çox şəhərdə yaşamağa meylli olmuşlar. Bu səbəbdən də biz Star City adlı konsepsiyamızı yaratmışıq. Bunun da əsas məqsədi dünyada olan beş gözəl şəhərin emosiyasını insanlara verməkdir. Stokholm, Milan, Peterburq, Venesiya, İstanbul kimi əfasnəvi şəhərlərin gözəlliyini burada olan yenilikləri, mebellərdə olan rəng çalarları və istifadə edilən aksesuarlarla insanlara çatdırmaqdır. Hal-hazırda Star City adlı konseptimiz mağazalarda sərgilənməkdədir və paralel olaraq Azərbaycanın məhşur ulduzu ilə TV reklam çəkilir. Yaxın günlərdə reklam aksiyası keçiriləcək və KİV - ə təqdim olunacaq. Hər gün sosial şəbəkələrin cəmiyyətdə və biznesdə rolu durmadan artır və bu məqsədlədə bizlər tək əldən səs çıxmaz prinsipinə əməl edərək Star City konseptimizi tək TV reklam vasitəsi ilə deyil, sosial şəbəklərdə intellektual ailə oyunları və sual cavab yarışması keçirməklə sinerji yaratmaq niyyetindəyik.


İntellektua Ailə oyununda ailəli cütlüklər iştirak edə bilir. Aktivlik necədir, müraciət edənlər gözlədiyiniz qədərdirmi, ya ondan da çoxdur?


İntellektual Ailə oyununda yalnız ailələr iştirak edə bilərdi. Bunun üçün iştirakçılar formanı doldurub bizə göndərirməli idilər. Bundan sonra onlar intervuya dəvət olunacaqdılar. İntervyu 3 mərhələdən ibarət olub şirkətimiz haqqında biliklər, İQ test sualları və insanların sosial həyatda aktivlik səviyyəsinə görə qruplaşdırılmışdı. Aktivlik biz gözləmədiyimiz şəkildə oldu. Biz hələ heç şərtləri yerləşdirmədən yalnız facebook (www.facebook.com/embawood) səhifəmizdə informasiya xaraterli şəklimiz yerləşdiriləndən 10 dəq sonra artıq 10 nəfər müraciət eləmişdi. Biz düşünmüşdik ki kampaniyanın reklamını 2 həftə boyunca edək. Müraciət edənlərin həddindən artıq çox olduğunu görüb reklamı 1 həftə etmək məcburiyyətində qaldıq, çünki müraciət edənlər çox olduqca seçməkdə bir o qədər çətin olacaqdır. 2 həftə boyunca 300-dən artıq insan müraciət etmişdi ki, bunların yalnız 50 nəfəri intervyu mərhləsinə çağrıldı və bunların da içindən 4 ailə seçildi.


Yarışmanı təşkil etməkdə məqsəd nədir və indiyədək Azərbaycanda bu səpkidə bir proyekt olubmu?


Layihənin əsas məqsədi Star City konseptini bazara ilkin təqdimatı idi və bunu üçün Azərbycan bazarında ilk dəfə olaraq İntellektual ailə oyunu keçirilir. Oyunda 4 ailə iştirak edəcək və bunlar artıq seçilib. Layihə çərçivəsində iştirakçılara biz hər gün facebook səhifəmizdən kolleksiyamıza daxil olan modellər haqqında informasiya verirdik bu onlara yarışlarda lazım olacaq. Qalib ailəyə Venesiya şəhərinə istirahət və əlavə olaraq daha bir surpriz hədiyyəmiz var. Bunu da sentyabrın 12 – də təqdimat mərhələsində açıqlayacağıq, qalan 3 iştirakçıya isə 1500 AZN dəyərində hədiyyə çeki təqdim olunacaq. Oyunun qaydalarına görə oyun bir gündə baş tutacaq və ailələrə müxtəlif intellektual suallar təqdim olunur və bir gün içərisində hər şey təyin olunur.


Proyektin reklam dəstəyi kimi hansı kommunikasiya kanallarından istifadə edirsiniz?


Layihə dəstəyi kimi şirkətimiz adından öz dərin təşəkkürümüzü www.Facemark.azwww.facebook/facemark.az səhifəsinə bildiririk. Onlar bizə layihənin informasiyasını doğru insanlara, doğru zamanda çatdırılmasına yüksək peşəkarlıqla kömək etdilər. Və bununlada bizim layihəmizin partlayış effektini daha da artırdılar. Bu informasiya portalını seçməkdə əsas məqsəd Azərbaycanda və xaricdə marketinq və PR layihələrinin məlumat mənbəyi kimi insanlar arasında daha çox seçilən olmaları idi. Bir daha onlara verdikləri böyük dəstəyə görə təşəkkür edirik.


Bu arada facebookda yarışma ilə bağlı xeyli aktivlik var. Necədir ümumiyyətlə facebookdakı aktivlik, facebook istənilən nəticəni əldə etməyə kömək edirmi?


Biz bu layihəyə başalamdan öncə bizim facebook səhifəmizdə (www.facebook.com/embawood) aktivlik aşagi səviyyədə idi. Amma layihə ərəfəsində bizim səhifəmizdə aktivlik səviyyəsi 10 dəfə qalxdı. İntellektual ailə oyunu ilə yanaşı bizim səhifəmizdə Star City konseptinin modellerinə aid sual cavab yarışması keçirirdik. Qalibə 500 AZN-lik hədiyyə çeki veriləcəkdi. Bu da bizim səhifənin aktivliyinə çox böyük təkan verdi. Bundan başqa Facemark protlanın verdiyi aktiv dəstək səhifənin tanıtımı daha da artırdı.


Son olaraq Embavoodda gələcəkdə hansı yeni layihələr gözlənilir?


Bu layihə birinci dəfə olaraq keçirilidiyi üçün layihənin uğurlu olacağına tərəddüdlər var idi. Amma informasiya gedəndən sonra olan aktivlik bizdə çox böyük ümidlər yaratdı. Önümüzdəki aylarda biz İntellektual ailə oyunları seriyasını davam etdirərək insanlara sürpriz yarışmalar təqdim etməklə məhsularımızla bazarda sinerji yaratamaq niyyetindəyik. Bundan başqa müştərilərimizin loyallıq səviyyəsini artırmaq istiqamətində çox böyük layihlərimiz var, inanın ki, insanlar bu layihələrdən çox böyük zövq alacaq. Azərbaycanda mebel istehsalında lider marka olduğumuz kimi müştəriyə önəm vermək, ona yaxın olmaq, müştərilər tərəfindən daim müsbət emosiyalarla ən gözəl anlarda seçilən bir lider marka olmağı hədəfləmişik.