Xiaomi, orta sinif ağıllı telefon seriyası Redmi Note 10 Pro, Redmi Note 10S, Redmi Note 10 və Redmi Note 10 5G modelləri ilə genişlənir.


Redmi Note 10, 6,43 inç böyüklüyündə, Full HD+ görüntü imkanı təqdim edən AMOLED ekrana sahibdir.


Qualcomm-un orta seqmentdəki güclü prossessorlarından Snapdragon 678-dən güc alan ağıllı telefon, 6 GB-a qədər RAM, 128 GB-a qədər yaddaş tutumu təqdim edir. Eyni zamanda, cihazın ana kamerasının 48 MP görüntü imkanına sahib olduğunu qeyd edək.


Redmi Note 10 Pro, 6,67 inç böyüklüyündə, Full HD+ görüntü imkanı ilə, 120 Hz ekran yenileme sürətinə sahib Super AMOLED ekranı var. Telefonun arxa tərəfində 64MP + 5MP + 8MP + 2MP görüntü imkanına sahib ola dördlü bir kamera var. Ön tərəfində isə Note 10-da olduğu kimi nöqtə bir keçid var, burada isə yenə 16 MP-lik selfie kamerası yer alır. Qualcomm-un Snapdragon 732G prosessorundan güc alan Redmi Note 10 Pro üst seqmentə yaxın bir performans vəd edir.


8 GB-a qədər RAM, 128 GB-a qədər yaddaş tutumu təqdim edən cihaz, 5.020 mAh bataryası ilə olduqca uzun bir istifadə vaxtı verir.



Redmi Note 10 Pro Max, 6,67 inçlik 120 Hz yeniləmə sürətinə sahib Full HD+ Super AMOLED ekranı ilə gəlir. Snapdragon 732G prosessoruna, 6 GB/8 GB RAM və 64 GB/128 GB daxili saxlama sahəsinə sahib olan cihazda,16 MP-lik selfie kamerası var, gücünü isə 33W sürətli şarj dəstəkli 5.020 mAh-lıq batareyasından alır.


Gorilla Glass 5 ilə qorunan Redmi Note 10 Pro Max-ın arxa tərəfindən 108 MP + 5 MP + 8 MP + 2 MP görüntü imkanı ilə dörd arxa kameraya sahibdir. Bu kameralardan 108 MP-lıq ana kamera maraq doğurur.


Redmi Note 10, Note 10 Pro və Note 10 Pro Max qiyməti

Redmi Note 10
4 GB RAM, 64 GB yaddaş tutumu ilə: 164 dollar
6 GB RAM, 128 GB: 192 dollar


Redmi Note 10 Pro
6 GB RAM, 64 GB: 219 dollar
6 GB RAM, 128 GB: 233 dollar
8 GB RAM, 128 GB: 261 dollar


Redmi Note 10 Pro Max
6 GB RAM, 64 GB: 261 dollar
6 GB RAM, 128 GB: 274 dollar
8 GB RAM, 128 GB: 302 dollar