Facebook pul qazanmağın yollarını genişləndirib.

Facemark.az-ın məlumatına görə, şirkətin bloqunda deyilib ki, kontent yaradıcıları 1 dəqiqəlik videolardan belə pul qazana biləcəklər.

Əvvəlki minimum isə 3 dəqiqə idi. Bir dəqiqəlik videolarda reklam 30 saniyədə, üç dəqiqədən uzun videolarda isə 45-ci saniyədə görünəcək.

Əvvəllər isə in-stream reklamlar yalnız 60 saniyəlik baxışdan sonra görünə bilərdi. Şirkətin məlumatına görə, ötən il kreatorların in-stream-dan gəlirləri 55% artım nümayiş etdirib. İndi sosial şəbəkə məhsula baxmaq və ya istifadəçi ilə qarşılıqlı əlaqə üçün mükafatların daxil olduğu formatları sınaqdan keçirir. Bu formatların məqsədi auditoriya ilə əlaqəni artırmaqdır.

Bundan başqa, kompaniya Facebook Stories-də stikerə bənzəyən reklam formatlarını da test etməyə başlayıb. Hazırda yeni funksiya məhdud sayda kreator tərəfindən əlçatandır. Gələcəkdə isə platforma eksperimenti genişləndirmək barəsində düşünür. Partnyor proqramının iştirakçıları üçün tələblər də dəyişib. Hazırda in-stream reklamından son 60 gündə 600 dəqiqədən çox baxış əldə edən və ən azı yüklənən 5 videodan gəlir əldə edə biləcək. Əsas fərq ondadır ki, indi Facebook şirkəti canlı yayım və qısa videoları da nəzərə almağa başlayıb. Əvvəl isə yalnız 3 dəqiqə və daha çox olan videolar nəzərə alınırdı. Bu halda kreator videonu səhifəyə yükləməli və ən azı 10 000 abunəçiyə sahib olmalıdır.

Platforma, eyni zamanda canlı yayım edən hər kəs üçün pul qazanmağın mümkünlüyünü elan edib. Hazırda in-stream tərəfdaşlıq proqramı Rusiyada aktiv deyil.