Barclays-ın analitiki Endrü Hardiner və onun 3 həmkarının sözlərinə görə, iPhone 13 modelləri bu ilin sonlarında bazara çıxarılacaq, ehtimal ki, iPhone 13-ün bütün modelləri barmaq izi skaneri ilə təchiz ediləcək. Barmaq izi skaneri bir çox müasir Android flaqmanlarında olduğu kimi ekran panelində görünəcək.


Facemark.az xəbər verir ki, Bloomberg-dən Mark Hurman və Wall Street Journal-dan Coanna Ştern isə deyib ki, Apple ən azı barmaq izi skaneri sınaqdan keçirir. Ancaq o əlavə edib ki, bunun reallaşmasını isə zaman göstərəcək.


Skanerin yaradılması FaCE ID-nin yox olması mənasına gəlmir, üz tanıma texnologiyası qalacaq, ancaq bu qurğunun Pro-versiyalarında olacaq. Ancaq bu il yenə də iPhone 13 və iPhone 13 mini əsas modellərində görünəcək mənasına gəlmir.


Qeyd edək ki, daha əvvəl Barclays analitikləri birinci dəfə idi ki, bildirirdilər ki, Apple iPhone üçün tam şarj qurğusunu ləğv etməyi düşünür.


True Tonei Phone 8 və iPhone X-lərində olacaq, ancaq 3D Touch, iPhone 11 modellərində olmayacaq.