TikTok “Kinoprofil” funksiyasını elan edir.


Facemark.az-ın məlumatına görə, bu haqda AdIndex şirkətə istinadən yazır.


Yeni bölmədə müxtəlif film və teleseriallar haqqında məlumat toplanacaq.


“Kinoprofil” – film, serial, şou ilə bağlı ayrıca səhifə olacaq. Profillərdə telelayihə, kino haqqında açıqlamaları, aktyor, aktisaların hesablarına bağlı olan linkləri, film, serial ilə bağlı olan video, həştəqləri tapmaq olar.


Həmçinin səhifədə çəkiliş meydançasından çarxlar, aktyor, aktrisalar ilə intervülər, çəkilişdən kadrlar yer alacaq. TikTok-da layihənin adı olan bölməyə klik edərək, videoların olduğu yerə keçid edə bilərsiniz. Bölmədə ilk olaraq TNT telekanalı görünüb. Hazırda platformada bəzi serialların profilinə keçid etmək mümkündür. Yaxın gələcəkdə isə bölmədə yeni layihələr görünəcək.


Qeyd etmək yerinə düşər ki, daha öncə TikTok və CTC birlikdə interaktiv serial #Danyaizvini-ni hazırladılar. Şou xüsusi olaraq platforma üçün ərsəyə gətirilib.