Facebook, popular foto və video platforması olan Instagram üçün Instagram Lite versiyasını elan edib.


Facemark.az-ın məlumatına görə, bu haqda şirkətin bloqunda deyilib.


Əlavə əhəmiyyətli dərəcədə az yaddaş tələb edir, cəmi 2 MG, tam versiyada isə bu 30 MG-dır.


Bundan başqa, Instagram Lite daha çox məlumat yükləmir. Instagram-ın yeni versiyasını daha da asanlaşdırmaq üçün əlavədən reklamlar, alış-veriş xüsusiyyəti çıxarıldı və bəzi qrafik elementlərin isə keyfiyyəti aşağı salındı.


Həmçinin Instagram-ın TikTok ilə rəqabətdə uduzmamaq üçün hazırladığı şaquli videoların paylaşıldığı Reels xidmətini də əlavə edib. Burada isə Reels videolarına baxmaq olar, amma çəkmək olmaz. Instagram Lite təkcə Andorid versiyası üçün təqdim edilib, iOS üçün isə planlaşdırılmır.


Instagram-ın Lite versiyasında foto, videolara baxmaq, yükləmək, redaktə etmək mümkündür. Eləcə də adi versiyada olduğu kimi Stories-ə də yükləmə etmək mümkündür. Tövsiyə alqoritmi də eynidir. Bundan başqa, Instagram Lite üçün inkişaf etmiş ölkələrin dillərində bir interfeys də hazırlanmışdı.


TechCrunch nəşrinin yazdığına görə, tətbiqin Lite versiyası tez-tez köhnəlmiş telefonlardan istifadə edən inkişafda olan ölkələrin sakinləri üçün hazırlanıb. Instagram Lite dünyanın 170 ölkəsində əlçatandır.


Facebook-un mətbuat xidmətinin məlumatına görə, “Android üçün yeni əlavənin hazırlanması kənd, daha ucqar yerlərdə yaşayan insanların daha minimal sayda məlumatdan istifadəsi üçün hazırlanıb.


Xatırlatmaq yerinə düşər ki, Facebook, Instagram üçün Lite versiyasını 2018-ci ildə ərsəyə gətirib. Həmin vaxt Lite versiyası 573 kb idi. 2020-ci ilin mayında isə kompaniya tətbiqi yenidən işə salmaq üçün Instagram Lite funksiyasını dəstəkləməkdən imtina etdi.