ByteDance şirkətinə məxsus olan TikTok sosial şəbəkəsində bu il qrup çatı yaradıla bilər.


Facemark.az xəbər verir ki, bu haqda Reuters məsələyə yaxın mənbələrə istinadən yazır.


Mənbənin sözlərinə görə, ByteDance-nin məqsədi TikTok-u sosial qarşılıqlı tətbiqetmədən daha çoxu etməkdir. Qrup söhbətləri popular bloggerlərin öz abunəçiləri ilə qarşılıqlı əlaqəsi də daxil olmaqla ünsiyyət üçün də daha çox imkanlar yaradacaq.


Bu yeni funksiya TikTok-a digər popular sosial şəbəkə olan Facebook ilə rəqabət aparmasına kömək olacaq. Yenilik istifadəçiləri daha çox platformada qalmağa və reklam, e-commerce imkanlarının artımına kömək olacaq.


Qrup çatı TikTok-un Çin versiyası olan Douyində 2019-cu ildə yaradılıb.


ByteDance ötən il bu funksiyanı reallaşdırmaq üçün müzakirələrə başlamışdı. Ancaq ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyası tərəfindən tənqid edilirdi və eləcə də platforma Hindistanda qadağan edilmişdi.


ABŞ-ın yeni prezidenti Co Bayden hökumətin iddiasını dayandırdı və TikTok-un Amerika seqmentinin satışını qeyri-müəyyən müddətə təxirə saldı.


Hazırda isə şirkət qrup çatını hansı bazarda və nə vaxt reallaşdırılmasını müzakirə edir. Bir mənbənin sözlərinə görə isə söhbət mesajlarının şifrələnməməsi ehtimalı çox yüksəkdir.


2020-ci ilin iyulunda isə ABŞ-ın sabiq prezidenti Çin sosial şəbəkəsinə qarşı ciddi tədbirlər görməyə hazır olduğunu bildirirdi. Hökumət ByteDance şikətinə TikTok-un amerika bölməsini satmağı təkid etdi.


Sosial şəbəkə öz sahibini dəyişdirmədi, daha sonra isə məlum oldu ki, Çin şirkəti özünün biznesini satmağı düşünmür.