13 yaşdan aşağı olan uşaqların valideyn nəzarəti altında istifadə edə biləcəkləri əlavə üzərində çalışırlar.


Facebook, uşaqların Instagram-dan daha təhlükəsiz istifadə edəcəkləri yenilik üzərində çalışır.


Facemark.az xəbər verir ki, BuzzFeed News nəşrinin şirkətdaxili paylaşımlarına istinadən edərək yaydığı məlumata görə 13 yaşdan aşağı uşaqlara özəl, valideyn nəzarəti altında istifadə edə biləcəkləri özəl bir Instagram platforması təqdim ediləcək.


Məsələ ilə bağlı Facebook nümayəndəsinin açıqlamasına görə, 6-12 yaş arası uşaqlara özəl Messenger Kids platformasına oxşar, Instagram-ın valideyn nəzarəti altında bir versiyası üzərində çalışıldığını təsdiqlədilər.


Instagram-da hazırda 13 yaşından aşağı istifadəçilər hesab yarada bilmirlər.