Microsoft, video oyunu oynayan oyunçular üçün reallaşdırılan səsli-yazılı kommunikasiya proqramı Discord-u almaq istəyir.

Microsoft, oyunçular və bir çox qrup arasında populyar olan söhbət və kommunikasiya platforması olan Discord-u satın almaq üçün görüşlərə başlayıb.

Facemark.az-ın məlumatına görə, VentureBeat-ın iddiasına, əsasən şirkət Discord-u 10 milyard dollardan çox qiymətə almaq üçün görüşlərə başlayıb.

Bildirək ki, nə Discord, nə də Microsoft nümayəndələri tərəfindən bir açıqlama verilməyib.

Son zamanların ən populyar platformalarından olan San-Fransisconun Discord şirkəti oyunçuların video, səs, mətn yolu ilə kommunikasiya qurmağına kömək olan pulsuz xidməti ilə tanınır.

Aylıq istifadəçi sayı 140 milyona çatan platformaya, xüsusilə onlayn oyun oynayanlar tərəfindən sıx bir şəkildə üstünlük verilir.

Eyni anda birdən çox şəxslə əlaqə qurmaq istəyənlərin üstünlük verdiyi platforma, internet bağlantısı problemi olmadığı müddətcə sürətli və yüksək səs keyfiyyətində kommunikasiya qurulmasını təmin edir.

Qeyd edək ki, Microsoft keçdiyimiz həftə Bethesda-yı 7,5 milyard dollara satın almışdı. Şirkət Discord-u satın alarsa, bu halda sektorun ən böyük alışlarından birinə imza atacaq.