Cənubi Koreyanın LG şirkəti ağıllı telefonların (smartfon) istehsalını dayandıra bilər.


Facemark.az-ın məlumatına görə Report xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazıb.


Məlumata görə, LG-nin bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması oldu.


İnsayderlər LG-nin Vyetnam konqlomeratı "Vingroup" və avtomobil istehsalçısı "Volkswagen AG" ilə zərərsiz smartfon istehsalı və satışına dair danışıqlar apardığını, ancaq danışıqların uğursuz olduğunu ortaya çıxarıb.


LG-nin son yüksək profilli inkişafı Rollable smartfonudur. Layihə CES 2021-ci ildə təqdim olundu və mənbələrə görə bu smartfonun sertifikatlaşması başlayıb.