Rusiya internetində (Runet) TikTok-un feyk analoqu yaradılıb.

Facemark.az xəbər verir ki, bu haqda Kommersant-a Infosecurity a Softline-ın aparıcı analitiki Aleksandr Vurasko deyib.

TikTok bisiness.ru bloggerlərin pul qazanması imkanını simulyasiya edir. Ancaq real TikTok əlavəsi bloggerlərə bu seçimi vermir. Bu cür resurslar populyar olan hesabları oğurlamaq üçün istifadə edilir. İstifadəçi linkə daxil olur, öz loqin və şifrə məlumatlarını daxil edir. Bu cür məlumatlar isə fırıldaqçıların əlinə keçir.

Aleksandr Vurasko deyir ki, son altı ayda biznes əlavələri vasitəsilə hesabların oğurlanması sxemi populyarlaşıb. Ekspertin Kommersant-a dediyinə görə faktiki olaraq bütün sosial şəbəkələrdə saxta səhifələr var. TikTok gələn şikayətlər əsasında saxta saytın bloklanması üçün müraciət göndərib.

Krok IT şirkətinin informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssisi Aleksandr Çernixovun sözlərinə görə, saxta səhifələrin yaradılmasında məqsəd istifadəçilərin şəxsi məlumatlarını toplamaqdır. O, həmçinin, TikTok-un "yeni" versiyasının yaradılmasını fişinqin yeni bir dalğası olduğunu qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə TikTok oyun olmayan, ən gəlirli əlavə olub. Sensor Tower-in məlumatına görə, ilin üçüncü rübündə 2019-cu ilin analoji dövrü ilə müqayisədə istifadəçilər 800% daha çox vaxt xərclədilər. eMarketer-in məlumatına görə isə, 2020-ci ilin sonunda Rusiya auditoriyasının həcminə görə Avropa lideri olub. Araşdırmalara görə isə, 2021-ci ildə isə TikTok Runet-də TOP 5-ə daxil olub.