Hər il, ilin ən yaxşı ağıllı telefonlarını müəyyən edən Consumer Reports tərəfindən aparılan araşdırmaya görə, 2021-ci ilin ən yaxşı ağıllı telefon modelləri müəyyən edilib.


Consumer Reports tərəfindən aparılan araşdırmaya görə, 2021-ci ilin ən yaxşı ağıllı telefon modelləri müəyyən edilib.


Facemark.az xəbər verir ki, texnologiya nəhənglərinin rəqabətinə səhnə olan ağıllı telefon bazarının ən yaxşı telefonu Apple iPhone 12 Pro Max olub.



A14 Bionic əməliyyat sistemi, OLED ekran, daha böyük ekran, kamera texnologiyası və 5G dəstəyi ilə gələn cihaz keçdiyimiz ilin son aylarında təqdim edilmişdi.


iPhone 12 Pro Max ilə zirvəyə oturan Apple-in yeni nəsil iPhone modelləri isə bu ilin sentyabrında təqdim edilməsi gözlənilir.


Android tərəfində isə ilin ən yaxşı telefonu Samsung Galaxy Note 20 Ultra 5G olaraq müəyyən edilib. İlin büdcə dostu telefonu isə OnePlus Nord N10 5G olub.


Batareya ömrü baxımından isə zirvəni Nord N100 (48.5 saat) tutub. Nord N100-ü Samsung Galaxy A71 (43 saat) və iPhone 12 Pro Max (41 saat) izləyib.