Şirkət artıq elektrik mühərrikli avtomobil istehsalına yönəldiyini belə vurğulayır.


Volkswagen adını Voltswagen-ə dəyişə bilər.


Facemark.az xəbər verir ki, CNN bu haqda şirkətin vaxtından öncə yayımladığı press-relizə istinadən yazır.


Bundan başqa, nəşr qeyd edir ki, bu şirkətin 1 aprel zarafatı da ola bilər.


Məsələn, 2012-ci ildə Mini Cooper deyirdi ki, onlar Mini Yachtsman avtomobilini bazara çıxaracaq. Ancaq daha sonra isə məlum oldu ki, bu xəbər həqiqətə uyğun deyil.


Volkswagen adı alman dilindən tərcümədə “xalq maşını” deməkdir. Bu halda Voltswagen elektrik mühərrikli avtomobillər kimi tərcümə edilə bilər. Volt, sadəcə voltdur, elektrik üçün ölçü vahididir. Bu halda Voltswagen-nin adını elektrik mühərrikli avtomobillər kimi tərcümə edilə bilər.


Press-relizdə bildirilib ki, adın Voltswagen of America-ya dəyişdirilməsi may ayından başlayacaq.


USA Today isə öz mənbələrinə istinadən yazır ki, bu zarafat deyil, şirkət əvvəlki adında dəyişiklik edə bilər.


Nəşrin reportyorlarından biri şirkətin saytında 29 aprel tarixli press-relizin yayımlanmasının şahidi olub. Həmin press-relizi isə 29 mart tarixi ilə paylaşıb. Bu sənədə görə isə bu şirkətin elektrik mühərrikli avtomobillərə olan fokusunu təqdim edir.