Beynəlxalq marketinq və reklam festivalı, Avropa kommunikasiya sənayesinin ən böyük festivallarından biri olan White Square Minskdə 9-11 iyunda keçiriləcək.


Proqram ilə BURADAN tanış ola bilərsiniz. https://adfest.by/programma


Onlayn şəkildə qeydiyyatdan keçmək və White Square festivalının işgüzar proqrammının iştirakçısı olmaq olar. Akkreditasiya olmaq üçün güzəştli şərtlər 31 marta qədər qüvvədədir. Onlayn müraciət formasını buradan doldura bilərsiniz.


Qeyd edək ki, müsabiqədə jüri kimi öz iştiraklarını təsdiq edənlər arasında aşağıdakı şəxslər vardır:


  • Merlee Jayme, Global President Dentsu Mcgarrybowen;
  • Lili Jiang, Group Creative Director Cheil Worldwide;
  • Corey Cruz, Creative Director Wunderman Thompson Singapore;
  • Markus Daubenbueehel, Managing Creative Director Scholz & Friends və s.

Müsabiqənin qalibləri və finalçıları və digər mükafatçıları haqqında bir sıra ölkələrin ümumilikdə 50-dən çox nüfuzlu nəşrdə tanıtım da əldə edirlər. Bura Avropa, MDB ölkələri, Fransa, Belçika, Almaniya, İspaniya, Portuqaliya, Azərbaycan və s. var. İşgüzar proqramda kommunikasiya sahəsində aktual olan minimum 70 master klass olacaq.