cümə axşamı, 15 aprel 2021

İndoneziyada koronavirus testinin cavabı 3 dəqiqəyə hazır olacaq

192

İndoneziya aprelin 1-dən etibarən daxili səyahətlər üçün yeni sərnişin yoxlama variantını tətbiq edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Qaca Mada Universiteti (Universitas Gadjah Mada) tərəfindən hazırlanmış “GeNose” nəfəs testidir.

O, alkotester prinsipi ilə işləyir və azı 93 % dəqiqliklə insanın nəfəs alarkən buraxdığı havada koronavirus olub-olmadığını göstərir.

Cihazı hazırlayanların fikrincə, analiz yoluxmadan 48 saat sonra insan orqanizmindəki virusu aşkar edə bilər. Bütün test prosesi 3 dəqiqə çəkir.

Test nəticələrinin dəqiqliyini artırmaq üçün sərnişinlərə “GeNose” testindən əvvəl azı 30 dəqiqə ərzində siqaret çəkməmək, yeməmək və içməmək tövsiyə olunur (yalnız adi suya icazə verilir).

Testin qiyməti təxminən 2 ABŞ dollarıdır. İndoneziya hökumətinin bildirdiyinə görə, aprel ayından etibarən səyahət edənlər Bali və Yava adalarına təyyarə və ya bərə ilə gedərkən, eləcə də ölkənin digər regionlarına uçarkən bu testdən istifadə edə biləcək. Reysə minmək üçün PZR testlərinin və ya antigenlərin təqdim edilməsi imkanı da saxlanılır.

Beynəlxalq uçuşlarda İndoneziyanın yeniliyindən hələlik istifadə edilə bilməz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün