YouTube videolarda bəyənməmə sayını gizlədəcək
Rəsmi Twitter hesabı üzərindən bir paylaşım edən YouTube, videolarda bəyənməmə sayını gizlədəcək bir neçə dizaynı test etdiyini açıqlayıb.
Facemark.az xəbər verir ki, bunun səbəbi isə bəyənməmə butonunun çox zaman bir zorakılıq olaraq istifadə edilməsidir.
YouTube, bəyənməmə sayını göstərməyən bir neçə yeni dizaynı test edir. Bu dizaynların birində videoların necə bəyəni aldığı göstərilir, neçə istifadəçi tərəfindən bəyənilmədiyi isə göstərilmir. Bu vəziyyət istifadəçilərin bir videonu bəyənməmələrinə mane olmur.
Videoları yükləyənlər, YouTube Studio üzərində videolarına gələn bəyənmə və bəyənməmə say nisbətini görə bilərlər.
YouTube bu funksiyanı qarşımızdakı həftələrdə gələcək yeni dizaynla istifadəçilərə təqdim edə bilər.