Həyatın hər sahəsində internetdən sıx bir şəkildə istifadə edirik. Evlər bir iş yeri, təhsil qurumuna çevrildi. Ana və atalar onlayn çalışır, uşaqlar isə dərslərini onlayn təhsil vasitələrindən izləyirlər. Boş zamanlarımızda onlayn oyunlar oynayır, sosial media vasitələrində zaman keçiririk. Bütün dünyada alış-veriş onlayn vasitələr üzərindən daha çox edilir.


ESET mütəxəssisləri, mənfi halların qarşısını almaq, ya da aza endirmək üçün digital təmizliyin gərəkliliyindən bəhs edir.


  • Yoxlamalarınızı edin

Onlayn hesablarınızın ələ keçirilib-keçirilmədiyini yoxlayın. haveibeenpwned.com və breachalarm.com kimi saytlar, kompüter hakerlərinin e-poçt şifrənizi onlayn mühitdə paylaşıb (bu hal tez-tez yaşanır) paylaşmadığını sizə deyir. Bunu öyrənmək, sonrakı addımları tamamlamaq üçün lazım olan motivasiyanı verəcək.


  • Şifrə və parollarınızı dəyişdirin

Mütləq şəkildə çətinliklə təxmin edilən və hər sosial media hesabınız üçün fərqli parollardan istifadə edin. Müəyyən zaman aralığında parollarınızı dəyişdirməyi vərdişə çevirin. Hətta bütün hesablarınızın parollarını xatırlayan, təhlükəsiz bir parol idarəçisindən istifadə edin.


  • Yeniləməyi etməyi təxirə salmayın

Hakerlərdən qorunmaq üçün proqramlarınızı yeniləyin və istifadə etmədiyiniz proqramları qaldırın. Müdafiə xətti qurun. Bəd məqsədli proqramlarla mübarizə aparmaqdan dolayı hazırlıqlı olmaq, sisteminizi sağlamlaşdırmaq üçün güclü vasitələr təmin edin. Virusdan qoruyan proqramlar, bəd məqsədli proqramları müəyyən edir və aradan qaldırır. Təhlükəsiz divarları isə səlahiyyəti olmayan istifadəçilərin məlumatlarınızı əldə etməsinin qarşısını alar.


  • Özünüzü sahmana salın

Gündəlik həyatda hamımız çox məşğuluq, bu səbəbdən siber gigiyena bizim prioritetlərimizin arasında olmağı vacibdir. Bunun qarşısını almaq üçün sistemlərinizi və cihazlarınıza nəzarət edin və cihazlarınızı yoxlamaq üçün bir təqvim yaradın və davamlı olaraq xatırladın.


  • Saxlayın

Xarici sabit disklərdən və ya bulud xidmətlərindən istifadə edərək məlumatlarınızı davamlı olaraq saxlayın. İstifadə etmədiyiniz cihazlar varsa, məlumatlarınızı qorumaq üçün onların sabit disklərini təmizləyin. Bu sənəd silməkdən fərqli bir prosesdir. Sabit diski tamamilə təmizləmək üçün özəl bir proqramdan istifadə etməyiniz lazımdır.


  • İnventarlaşdırma aparın

Bütün proqram, proqram təminatı və əlavələrinizin siyahısını hazırlayın. Bu siyahını analiz edərək, bir təhlükəsizlik üçün boşluğun olub-olmadığını yoxlayın.


  • B planı edin

Hack olunmağınıza qarşılıq, əlinizdə mütləq B planı olsun. Kimləri axtarmalı olduğunuzu, lazımı telefon nömrələrini və onların prioirtetlərini müəyyən edin.


Normal bir dövrdə asanlıqla əldə edə biləcəyiniz telefon nömrələri, əlaqə qurmaq istədiyiniz şəxslər təcili bir vəziyyətdə sizi təxmin etmədiyinizdən də daha çox məşğul edə bilər. Nəticədə zaman itkisi yaşaya bilərsiniz.