cümə axşamı, 15 aprel 2021

Beş böyük reklam holdinqi əməkdaşlarının sayını 6% azaltdı

228

2020-ci ildə beş böyük reklam holdinqi 22 000 iş yerini ixtisar edib. Bu isə ştat yerinin 5,8%-ni təşkil edir.

Facemark.az-ın məlumatına görə, Ad Age bazarın əsas oyunçularının - WPP, Publicis, Omnicom, Interpublic və Dentsu-nun kadr itkilərini hesablayıb.

Ad Age Datacenter yazır ki, ilin sonuna qədər WPP, Publicis, Omnicom, Interpublic və Dentsu əməkdaşlarının sayı 358663-ə qədər azalıb.

Daha öncə Omnicom və Interpublic üçün rəqəmlər təqdim edilmişdi. Müvafiq olaraq - 8,4% və - 7,6%. WPP-də ştat yeri, 2019-cu illə müqayisədə 6,5%, Publicis, 3,9%, Dentsu 2,8% azalıb.

Kompaniyalar pandemiyadan dolayı işçi ştatını azaltdı və yeni işçilər götürməyi də dayandırdı. Bir çox müştərilər koronaböhranından dolayı reklam və marketinq büdcələrində azalmağa getdilər. Bu isə kəmərləri sıxmağa və xərcləri azaltmağın yollarını axtarmağa sövq edib. Belə bir situasiya şirkətlərin maliyyə göstəricilərinə də təsir edib. Nəşrin hesablamalarına görə, şirkətin orta gəlirləri 8,3% azalma göstərib.
İşçi heyəti reklam biznesinin əsas xərclərindən biridir. Məsələn, Publicis-də xalis mənfəətin 64,3%-i, Interpublic - 66,3%, WPP - 67,2% əməkdaşlara xərclənir.

Ad Age, həmçinin, Covid-19 təsirini daha dərindən analiz etmək üçün 2019-cu ildəki rəqəmlər ilə 2020-ci ildəki rəqəmləri müqayisə edib. 12-ci il ərzində Dentsu və Publicis-də işçi heyəti 35% artım nümayiş etdirdi. Ən əsası isə artım Dentsu və Publicis-də müşahidə edilib.

Eyni zamanda, bildirilir ki, Publicis-də işçi sayının 2 dəfə artması (45402-dən 80000-ə qədər) Sapient və Epsilon şirkətlərinin alınması ilə bağlıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün