Huawei kompaniyası rəsmi şəkildə özünün yeni Band 6 fitnes trekerini təqdim edib.


Facemark.az xəbər verir ki, yeni məhsul idman qolbağı kimi mövqeləndirilib.


Ancaq zahiri görünüş baxımından tamhüquqlu bir ağıllı saatdır. O çox gözəl metal korpusa, geniş silikon qayışa, 368×194 piksel ilə yerləşdirilən 1,47 düymlük AMOLED-ekrana sahidir.



Texniki xüsusiyyətlərinə görə qolbaq, 2020-ci ilin sonunda bazara çıxarılan Honor Band 6 ilə eynidir.
Yeni cihazda qanın oksigen ilə dolma nisbəti, daim stress və yuxu keyfiyyətinin izlənilməsi, optik nəbz sensoru, ağıllı telefonda musiqiyə nəzarət etmək funksiyası və s. var. Cihaz fərqli dizayn və materiallara sahibdir, burada, həmçinin, 96 fərqli idman fəaliyyətinin dəstəkləndiyinin də şahidi olacaqsınız.



Avtonom rejimdə 14 günə qədər işləyir, bu da böyük ekranına görə yaxşı nəticə hesab oluna bilər. Şarj maqnitlidir. 5 dəqiqəlik bir şarj belə cihazın 2 gün ərzində istifadə edilməsinə kömək olacaq.



Huawei Band 6, Bluetooth 5.0 LE ilə smartfonlara qoşulur. Korpus 5 ATM dolu suya davamlıdır. Hazırda satışlarda 3 veriyada rəng var; qara, yaşıl, narıncı.


Cihazın qiyməti isə 4000 (89 manat-red.) rubldur.