Volkswagen-nin adının Voltswagen-ə dəyişdirilməsi 1 aprel zarafatı kimi düşünülüb.


Facemark.az xəbər verir ki, şirkətin nümayəndəsi The Wall Street Journal-a deyib ki, buna səbəb insanların elektrik mühərrikli avtomobillər ilə bağlı şirkətin strategiyası ətrafında müzakirə açmaq istəyindən yaranıb.


Nəşrə mənbə deyib ki, belə bir marketinq aksiyası edilməsinin səbəbi insanların ilk elektrik mühərrikli krossover Volkswagen ID.4 haqqında müzakirələr yaratmaq istəyindən qaynaqlanıb. Adın dəyişdirilməsi məsələsi 1 aprel zarafatı kimi nəzərdə tutulmuşdu, ancaq nədənsə bir çoxları bunu ciddi qəbul etdi.


Daha əvvəl KİV yazırdı ki, Volkswagen yanlışlıqla press-reliz yayımlayıb. Burada Amerika konserinin adının Voltswagen of America-ya dəyişdirilməsi haqqında məlumat yazılmışdı.


Bundan sonra isə Volkswagen Group adın Amerika bölməsində Voltswagen of America-ya dəyişdirilməsi xəbərini “təsdiq” etmişdi.


VİDEO BURADA https://www.instagram.com/p/CNCsxSCHzGq/