Çox yerdə xüsusilə şirkət rəhbərləri və İnsan Resursları arasında performans əsaslı menecment, performans əsaslı əmək haqqı sözünü azı 1 dəfə belə olsa eşitmisiniz. Daim adı çəkilir və bunun olmasının çox vacib olması vurğulanır. Bəs, nədir bu performans əsaslı menecment? Niyə lazımdır? İşçilərə nə kimi faydası var? Gəlin, bunları qısa şəkildə xırdalayaq.


Əvvəlcə gəlin biznes nədir, onun ana fəlsəfəsin anlamağa çalışaq. Biznes mənfəət əldə etmək üçün çalışan kommersiya qurumudur. Yəni, əsas fəaliyyəti mənfəət əldə etməkdir. Gəlir 1 milyon ola bilər, amma şirkət mənfəətə çıxa bilməz. Yəni, obrazlı desək cibə 10 manat daxil olursa bunun 5-i xərcdirsə 5-i mənfəətdir. Biznesi mənfəətli etmək üçün sahibkar gecə-gündüz çalışır. Lakin burda tək rol sahibkara məxsus deyil. İşçilər məhz şirkətin yolunda çalışdıqda şirkət mənfəətli olacaqdır. İşçini məhz şirkətə bağlamaq üçün onun performansına görə sistem qurub, ona uyğun əmək haqqı vermək lazımdır. Əgər işçi düşünsə ki, onsuzdə mən X manatı ayın sonunda nə etsəm nə etməsəm belə alacağam o biznes mənfəətli olsa belə tam potensialında işləməyəcək. Yəni, şərti olaraq satış menecerinə sabit məbləğ verəcəksizsə o bahalı tenderlərdə qalib gəlmək üçün o qədər işləməyəcək, insan resurslarına sabit maaş verəcəksizsə daha yaxşı kadrları şirkətə cəlb etmək üçün o qədər də zaman sərf etməyəcək, şərti olaraq mağaza satıcısına bu sistemi təqdim etməsəz o daha çox satmaq üçün əmək sərf etməyəcəkdir.


Performans sistemi dedikdə ağlınıza Amerika kəşf etmək gəlməsin. Bu sistem olduqca sadədir. Mütləqdə sadə olmalıdır. Yəni, işçi anlamalıdır ki, nə etsə nə qazanacaq. Qəliz sistemlərlə işçi daha da onun maaşını kəsdiyinizi düşünəcək. Şərti olaraq bir satış mütəxəssisinin performansa görə və adi sistemlə çalışdığı misallara baxaq:


1) Sabit 1000 azn. Sabit maaş alan şəxs müştəri məmnuniyyətinə köklənməyəcək, yeni satışların olması üçün çox əmək sərf etməyəcək, əsas məsələ müəyyən hədəfələrə çatıb işdən qovulmamaq və maaşı almaqdır.


2) Sabit 800 + dəyişən 400 qədər. Bu halda şərti olaraq 3 KPI qoyulmuş satış mütəxəssisi bu KPI faizlərinin tam dolması üçün əlindən gələni edəcək. Burda artıq 100 faizlik məbləğin necə bölüşdürülməsinin və hansı KPI qoyulmasını HR və müəssisə rəhbəri müəyyən edəcəkdir. Bu sistem tətbiq olunduqda hamı pul uğrunda bilavasitə şirkətin mənfəəti uğrunda çalışır. İşçi öz payını alır şirkət isə öz payını. Hamı xoşbəxt olur


Performans əsaslı əmək haqqını 2 növ qurmaq mümkündür. Səriştəyə bağlı və hədəflərə bağlı.


Əgər səriştəyə bağlıyacaqsızsa onu kankret səriştə qruplarına ayıracaqsız, hədəfə bağlayacaqsızsa düz və tərs (mənfi) KPI bağlayıb onu kankret şirkət hədəfləri uğrunda işlədəcəksiniz.


Performans sistemini qurarkən mütləq nəzərə olmalı amillər vardır:


1) Sistem sadə olmalıdır;


2) İşçilərə tam aydın şəkildə izah olunmalıdır;


3) İşlək olmalıdır.


Bu xətalara yol verməsəniz, şirkətinizdə işlək və gözəl performans sistemi qura bilərsiniz.


Buradaykən sizə bildirim 18 aprel “Performans idarəetmə sistemlərinin qurulması və tətbiqi” master klassımız olacaqdır.


Şirkətinizdə performans idarəetmə sistemi qurmaq istəyirsiz? Daha çox məlumat əldə edib səriştə və hədəf əsaslı qiymətləndirmə sistemlərini öyrənmək istəyirsiz? Elə isə master klassı qaçırmayın.


Qeydiyyat linki: https://bit.ly/3mcJDjz


Master klassın planı: https://bit.ly/31thmvk


Növbəti yazılarda görüşənədək!


İlkin Mirzəzadə - HR peşəkar, blogger, təlimçi.